Təhsil nazirliyi növbəti pulyığma dalğasının qarşısını ala biləcəkmi? - ƏRƏFƏ


Təhsil nazirliyi növbəti pulyığma dalğasının qarşısını ala biləcəkmi?
Astarada ingilis dili müəllimi çalışdığı məktəbdə hökm sürən rüşvətə etiraz edib.

2 saylı orta məktəbin gənc müəllimi məktəbdə müxtəlif bəhanələrlə aylıq 5 manat rüşvət yığıldığından şikayətlənib. Onun sözlərinə görə, həmin məbləğ məktəbin təmiri adı altında yığılır. Sirr deyil ki, bu məsələ digər orta məktəblərdə də var və sanki ənənə halına çevrilib. Konkret deyə bilməsək də faktdır ki, orta məktəblərin çoxunda məktəbin təmiri adı altında şagirdlərdən rüşvət yığılır. Hətta bu rüşvətin yığılması üçün fənn müəllimləri də sıxışdırılır.

Məsələ ilə bağlı Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru, keçmiş direktor və təhsil eksperti Elşən Qafarov Cebhe.info-ya açıqlamasında deyib ki, hər üç ildən bir orta məktəblər təmirə düşür: “2003-cü ildən bəri vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə orta ümumtəhsil məktəblərinin infrastrukturu ilə bağlı müxtəlif layihələr keçirilir. Bunun müqabilində ayrı-ayrı məktəb rəhbərlərinin təmir adı altında rüşvət yığması yolverilməzdir. Hər il bütün ümumtəhsil məktəblərinin direktorları hesablama mərkəzlərinə çağırılaraq, çox böyük məbləğdə illik məktəb smetasına imza atırlar. Həmin illik smeta ilə yanaşı dövlət o məktəbin cari təmiri ilı bağlı da əlavə vəsait ayırır. Çox heyf ki, o məbləğlər məktəblərə gedib çıxmır. Məktəb direktorları isə məktəbi səliqə-səhmanda saxlamaq məqsədilə belə adla neqativ yollara əl atırlar”. 
Tarix: 18-05-2018, 10:23
Xəbəri paylaş





Xəbər lenti