Həftədə iki pay balıq yeyin, ürəyinizi möhkəmlədin - Diyetoloq məsləhəti…

    «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «Circulation» jurnalında dərc olunmuş bir məqalədə alimlər bəyan edirlər ki, həftədə heç olmasa iki pay balıq əti yemək infarktdan və ya digər ürək-damar xəstəliklərindən vaxtsız ölmək riskini əhəmiyyətli dərəcədə azaldır.
«Biz, çoxdan bilirik ki, balıq ətinin tərkiində olan «omeqa-3» yağ turşuları ürəyin sağlamlığı üçün çox faydalıdır. Analiz etdiyimiz yeni tədqiqatlar bunu təsdiqləir və göstərir ki, balıq ətinin faydalı effekti həm də o zaman yüksəlir ki, o, insanın rasionunda zərərli qidaları, o cümlədən, çox yağlı əti əvəzləyir» -deyə, Harvard universitetinin (ABŞ) əməkdaşı Erik Rimm bildirir.
Hazırda alimlərin böyük əksəriyyəti hesab edir ki, ayrı-ayrı ərzaqlar üzrə pəhriz nəinki insanın çəkisinə, eyni zamanda beyninin, damarlarının, ürəyinin və orqnimzmin digər «açar» orqanlarının sağlamlığına güclü təsir göstərir. Məsələn, alimlər bu yaxınlarda elan ediblər ki, böyük miqdarda zeytun yağından və Aralıq dənizi məhsullarından hazırlanmış xörəklərdən istifadə insultdan və ya infarktdan baş verən ölüm hallarının sayını əhəmiyyətli dərəcədə azaldır, qidanın tərkibində duzun böyük miqdarı isə əksinə, ürəyin və damarların sağlamlığını aşağı salır.
Dəniz məhsullarının, balıq yağı və onun tərkibindəki yağ turşularının ürək və damarlar üçün faydası çoxdan məlumdur. Belə ki, onlar qan təzyiqini və orqanizmdə xolesterinin səviyyəsini aşağı salır, damarların divarlarını yumşaldır.
Digər tərəfdən, dəniz faunası nümayəndələrinin ətinin tərkibində böyük miqdarda civə və digər zərərli madələr də ola bilər və onlar insan həyatının digər aspektlərinə neqativ təsir göstərə bilərlər.
Rimm və həmkarları dəniz məhsullarından istifadənin faydası və zərərini analiz edərək, dünyanın hər yerində heyvanlar üzərində və son iyirmi il ərzində həm də insanlar üzərində aparılmış eksperimentlər zamanı əldə olunmuş nəticələri toplayıblar.
Tibb işçiləri müəyyən ediblər ki, həftə ərzində heç olmasa iki pay balıq əti ürəyin koronar xəstəliklərini, infarktı, insultu və ya damarlarla balğı problemləri 40-50 faiz azaldır. Təmiz baıq yağı ilə də eyni effekti əldə etmək olar.
Tarix: 21-05-2018, 03:48
Xəbəri paylaş





Xəbər lenti