“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir
28 May “Respublika günü” münasibətilə mobil operator “Nar” abunəçilərini təbrik edir. Belə ki, “Nar”-ın Turbo internet paketlərindən birini sifariş edərkən abunəçilər mobil operatordan bonus internet də əldə edirlər.
Siam.az xəbər verir ki, “Nar” abunəçiləri Turbo XS, S və M paketlərini sifariş edərkən 100 MB; Turbo L, L+, XL, 2XL və 3XL paketlərini sifariş edərkən isə 1GB bonus internet paketi qazanır. Bu kampaniya müstəqilliyimizin 100 illiyi münasibətilə keçirilir və kampaniyaya qoşulmaq üçün heç bir şərt yoxdur.
Kampaniya mayın 31-nə kimi davam edir. Təqdim olunan bonusların istifadə müddəti 7 gündür və kampaniya bitdikdən sonra da, əgər bonusun istifadə müddəti bitməyibsə, abunəçi bonuslardan istifadə edə bilər. Bonusları *777#20#YES şifrəsi ilə yoxlamaq mümkündür.
“Nar”-ın bütün tarif və kampaniyaları haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Hazırda “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “P3 Communications” tərəfindən 2017-ci ildə keçirilmiş şəbəkə sınaqları nəticəsində Nar şəbəkəsi “ən yaxşı mobil zəng xidməti” göstərən şəbəkə olaraq tanınmışdır.