Dükanlarda Ramazan səbətləri quraşdırıldı... -İbrətamiz-Fotolar







Rusiya Federasiyasının Adıgey Respublikası və Krasnodar diyarı Müsəlmanları Ruhani İdarəsi bir neçə ildir ki, ardıcıl olaraq Müqəddəs Ramazanla bağlı xeyriyyə tədbiri keçirir. 

Moderator.az rusdilli İslam saytlarına istinadla xəbər verir ki, aksiya çərçivəsində Adıqey Respublikasının paytaxtı Maykop şəhərinin mağazalarında ərzaq səbətləri quraşdırılıb. İmkanı olan, arzu edən hər kəs üzərində “Xeyriyyə səbəti”, yaxud “Xeyirxah işlər” yazılmış həmin səbətlərə müxtəlif məhsullar qoya bilər. Bu yolla toplanan ərzaqlar sonradan  ehtiyac sahiblərinə çatdırılır.

Sultan Laçın




Tarix: 26-05-2018, 14:00
Xəbəri paylaş





Xəbər lenti