Ölüm Sacan Plastik Qablar

Bu günlərdə bir həmsöhbətim mənə qəribə sual verdi : -Siz oxumuş, savadlı insansınız ,olar sizə bir sual verim ? -.Buyur -Biz Allaha ,oda, daşa, ümumiyyətlə nəyə inanırıq ? Sual əbəttə ki, qəribə olduğu qədər də maraqli idi və ani olaraq ağlıma belə bir çavab gəldi: -Hansı cəmiyyətdə insan və vətəndaş hüquqları quduz məmurların ayaqları altına atırsa , köləlik və manqurtluğa sürükləyən məddahlıq və yalan gündəlik normaya çevrirsə , həmin mühitə. -Qardaş ,onda biz heç özümüzə də inanmırıq. Mənəvi -əxlaqi dəyərlərin deqradasiyaya uğradığı bir zamanda ,insanların yaşam tərzi, daha doğrusu maraqlarımıza gündəlik təlabat mallarından tutmuş, plastik qablara kimi insanların gündəlik məişəti üçün zərərlidir.Biləsuvar rayonun mərkəzi ticarət şəbəkələrindən tutmuş kənd və qəsəbələrdə satılan mağazalarda plastik qablar” ayaq tutub yeriyir.”Əvvələr xaricidə istesal olunmuş servislər hər bir ev xanımın çox həvəslə istədiyi və istifadə etdikləri qablar sırasında idi.İndi isə vəziyyət büsbütün dəyişib.Yeni bazarlarda alıcılara təklif olunan qab-qacaqların heç də hamsı təhlükəsiz deyil.Bu gün pərakəndə mallar mağazalarında satılan qabların çeşidi genişdir.Onlar müxtəlif ölkələrdə istesal olunsa da həm müxtəlif keyfiyyətdə həm də müxtəlif qiymətlərə malikdir. Hal-hazırdakı vaxta kimi Biləsuvar rayonunda bazr və dükanlarında plasmasdan hazırlanan ucuz Çin və İran qablarının satışı keniş yayılıb Mütəxəsislərin dediyinə gorə bu qablar su ilə yuyularkən zərərli kimyəvi maddələr btərəfiuraxır. Bu qablar saxta olduğundan üzərində istesal olunan ünvan və tarix də görünmür və əhaliyə Fransa və ya Alman malı adı altında sırımağa calışırlar.Ən maraqlı hal isə budur ki, bu cür təhlükəli qablar ucuz olduğundan vətəndaşlarımız tərəfindən həvəslə alınır. Bu gün demək olar ki, hər bir evdə elektrik çaydanlarından istifadə oıunur. Bu çaydanların əsas cəlbedici xüsusiyyəti qısa müddət ərzində suyu qaynatması və sonra avfomatik olaraq söndürməsi ,ən başlıcası isə münasib qiymətlərə olmasıdır.Lakin bu çayniklərin bir qəribə xüsusiyəti var ki, su qaynayarkən onun dadı , şəffaflığı və keyfiyyəti dəyişərək xoşagəlməz qoxu yaradır.Bütün bunları dəfələrlə müşahidə etsəkdə , ən azından iş yerlərində bu çaydanlardan istifadə edilir.
Tarix: 27-05-2018, 15:45
Xəbəri paylaş





Xəbər lenti