Aksiya yalnız şəhər mərkəzini deyil, Bakının müxtəlif bölgələrini də əhatə edib. Nar əməkdaşlarının da iştirak etdiyi bayraq aksiyası şəhər sakinlərinin böyük marağına səbəb olub. Aksiyadan hazırlanın xüsusi videonu isə “Nar”-ın rəsmi “Facebook” səhifəsindən (fb.com/narofficial) və digər sosial səhifələrdən izləyə bilərsiniz.
Qeyd edək ki, dövlət müstəqilliyinin 100 illiyi ilə əlaqədar olaraq, “Nar” abunəçiləri üçün müxtəlif kampaniyalar keçirir. Bu kampaniyalara qoşulmaqla abunəçilər “Nar”-dan pulsuz danışıq dəqiqələri və mobil internet əldə edə bilərlər. Kampaniyalar haqqında məlumatları nar.azsəhifəsindən əldə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Hazırda “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “P3 Communications” tərəfindən 2017-ci ildə keçirilmiş şəbəkə sınaqları nəticəsində Nar şəbəkəsi “ən yaxşı mobil zəng xidməti” göstərən şəbəkə olaraq tanınıb.
Siam.az