Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri
Hadı Rəcəbli parlamentdə çıxışı zamanı bildirib ki, nikahların pozulmasının səbəblərindən biri də məhz “Facebook”dur. Deputat hesab edir ki, sosial şəbəkələrdən istifadə ailələrin dağılması ilə nəticələnir.
AzVision.az mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib. Maraqlıdır ki, respondentlərin bir çoxu sosial şəbəkələrin ailələri dağıtdığını hesab edir. Təbii ki, bunun əksini düşünənlər də az deyil.