Azərbaycan səhiyyəsi morqa çevrilməkdədir. Səhiyyə naziri Oqtay Şirəliyev vəzifəsində saxlandığı üçün daha da arxayınlaşıb
FİA.Az xəbər verir ki, bunun nəticəsində hər gün xəstəxanalardan, klinikalardan şikayətlər, soyğunçuluqla bağlı narazılıqlar, ölümlər, həkim səhlənkarlığı haqda müraciətlər gəlməkdədir.
Bütün bunlara isə O.Şirəliyev heç bir reaksiya vermir. Ötən gün “Oksigen” klinikasının gözdən əlil ahılın başına açdığı oyun haqda məlumat vermişdik, nazirlik susdu.
İndisə yeni faktlar var. Bakı sakini Elmar Zülfüqarov big.az-a bildirib ki, yeni doğulmuş qızı həkim Vəli Behbudov tərəfindən yüksək dozalı dərmanlarla öldürülüb.
Zülfüqarov deyib ki, V.Behbudovun uşağına təyin etdiyi dərmanların hər birini saxlayıb: “Bir kiloqram yarım uşağıma yüksək dozalı dərmanlar təyin edib ürəyini dayandırdı. Mənim əlimdə bütün sübutlar var.
İlkin ekpertizanın nəticəsinə görə qızım ürək dayanmasından ölüb. Hazırda Vəli yoxa çıxıb. Amma o yerin içinə də girsə tapıb çıxardacam. Mənim qızım ölüb.
İstəmirəm ki, digər uşaqlar da Vəli kimi dələduzun qurbanı olsun. Mənim uşağım başqa özəl klinikasında dünyaya gəlib. Həmin klinika düzgün diaqnoz qoysa da biz onlara deyil, Vəliyə inandıq.
250 minlik maşını həkim hansı pulla ala bilər. Əlbəttə insanları aldadaraq aldığı pullardan o maşını alıb. O, bütün xəstəxanaları gəzib, Mərkəzi Klinik Xəstəxanasına xəstə yığır”.
Zülfüqarov vurğulayıb ki, qızının doğulduğu özəl xəstəxanada əməliyyat məsləhət gördülər:
“Qızıma əməliyyat məsləhət gördülər, qeyd etdilər ki, yüngül əməliyyatdır. Amma bu dələduz Vəli bildirdi ki, mən uşağı 3 günə sağaldıram.
Mənim qızım normal gündə 8 dəfə 30 milli südlə qidalanırdı. Heç bir problemi olmadan biz onu digə özəl klinikdan çıxartdıq.
Onlar əməliyyat dedilər deyə mən Vəlini oraya gətizdirdim. O, mənə dedi ki, Mərkəzi Klinik Xəstəxanaya 1500 manat pul ödə sənə uşağını sağlam verəcəm. Mən də inandım.
Nəyin ki, 1500 manat mənim ora 4000 manat pulum çıxdı. Uşağımı da öldürdülər. Hələ mənə xəstəxanaya 600 manat borcumun olduğunu da söylədilər”.
Azərbaycan səhiyyəsini reanimasiyaya və komaya salan Əli İnsanov artıq 12 ildir ki, həbsdədir. Bu nəyi dəyişib?! Heç nəyi.
Fiqurların dəyişikliyi əsla sistem dəyişikliyinə səbəb olmur. Pisi lap pis əvəzləyir.
Ona görə də Əli İnsanovu əvəzləyən Oqtay Şirəliyev Azərbaycan tibbini nə komadan çıxarıb, nə reanimasiya şəraitindən!
FİA.Az xəbər verir ki, növbəti həkim səhlənkarlığı “Medistyle Hospital” klinikasında olub. Beyləqanın Əhmədli kənd sakini Hüseynov Pənah şikayət edib.
O, faktor.az-a deyib ki, klinikanın həkimi (eyni zamanda, ad dəyişdirmiş "Grand Hospital"da da işləmiş - red) Qardaşxan Məmmədovun ondan 11 000 manat aldığını və səhv əməliyyat etdiyini iddia edib.
P.Hüseynov deyib ki, Mərkəzi klinikanın həkimi Niyaməddin Əliyev ona ciyər serrozu və xərçəng xəstəliyi diaqnozu qoyub, təcili əməliyyat məsləhət görüb.
“Ordan məni “Grand Hospital”a (indi EGE hosdpital - red) dopler müayinə üçün göndərdilər. Cavablara əsasən, mənə ciyər serrozu diaqnozu qoyuldu və gecikdiyim təqdirdə xərçəng olacağımı dedilər.
Niyaməddin həkim təcili əməliyyat olunmalı olduğumu dedi və mənə Qardaşxanı məsləhət gördü. O isə 11 000 manata məni əməliyyat edə biləcəyini dedi.
Mən də evimi girov qoyub, bankdan 7450 manat pul götürdüm. 3000 manat rayonda bir nəfərdən borc aldım. Pulun üstünü düzəltdim və fevralın 8-i məni klinikaya çağırdılar.
Səhərisi günü əməliyyat olundum. Əməliyyatdan sonra vəziyyətim ağırlaşdı. Daha sonra mənə dedilər ki, əməliyyat səhv olunub. Gəl, səni bir də əməliyyat edək.
Aprelin 30-u günü bir də əməliyyat olundum. Daha sonra isə hər iki həkim mənə dedi ki, sənin biz yox, türk həkim əməliyyat edib.
Mən isə onlardan başqa həkim görməmişəm. Belə fırıldaqçılıq olmaz axı. Hazırda çox pis haldayam. Bu qədər ədalətsizlik olmaz. Pula görə insanı bu hallara salmaq dəhşətdir.
Buna görə Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Səhiyyə Nazirliyinə və Prezidentə müraciət etmişəm”.
Məsələ ilə bağlı Qardaşxan Məmmədov deyib ki, əməliyyatı edən türk həkim olub: “O insanı türk həkimi əməliyyat edib. Hazırda iş Nərimanov prokurorluğundadır.
O insan "Space" telekanalında verilişdə də deyib ki, guya ona xərçəng diaqnozu qoyulub. Dediyim kimi iş Nərimanov prokurorluğundadır”.
Bir sözlə, qocaman nazirin dövründə ölkənin səhiyyəsi qanqrena verməkdədir, tək yol var - kəsib atmaq. Azərbaycan xalqının nifrət etdiyi, lənətlədiyi, qəzəb və od püskürdüyü Səhiyyə Nazirliyi qədər heç bir dövlət orqanına belə üsyan yoxdur.
Ana və uşaq ölümləri, səhv diaqnozlar, sağlam adama vərəm, xərçəng xəstəliyi qoyulması, həkim səhlənkarlığı, soyğunçuluq, rüşvətxorluq, dərman mafiyası, bərbad şəraitli xəstəxanalarda bisavad həkimlərin özbaşınalıqları, klinikalarda pasientlərin başınaq oyun açılması, onkoloji xəstələrin yaxınlarının soğan qabığı kimi soyulması, əməliyyat masasında ani səhvdən insan ölümü, doğum şöbələrində açıq bazarlıq, regionlardakı xəstəxanalarda rəzalət və s. hallar əhalini partlayış nöqtəsinə gətirib çıxarıb.