“Facebook”a başqa adla daxil olanlar
“Facebook” bu yaxınlarda 500 milyon feyk profil tapıb və onları silib. Milyardlarla istifadəçisi olan “facebook” bunu edirsə, deməli, vəziyyət adi məsələ kimi başa düşülməməlidir

Çünki bizdən uzaqlarda təhlükəsizlik orqanları da başa düşüb ki, saxta profillər nəinki adam aldadır, şantaj edir hətta ağır cinayətlərə gətirib çıxarır. Biz də söhbəti gətirib çıxardıq Azərbaycana, çünki bizdə də facebook istifadəçiləri var, onların arasında feyk yəni, saxta profilləri olanlar da yox deyil. Deməli təhlükə bizdə də var. Yaxşı, bəs, belə insanlar niyə var?

ARB TV-nin “Günə doğru” verilişində “Facebook”dakı saxta profillər barədə sujet efirə gedib.

Rəşad Əsgərov – Sosioloq: “Sosialogiyada ümumiyyətlə, şəxsiyyətin parçalanması məsələsi gündəmə gəlir ki, insanlar özlərini olduğu cinsdə təqdim etmir. Özünü əks obrazda təqdim edir və meylli olur”.

Bəs bu meyllik nədən yaranır. Bəlkə, bu elə psixoloji problemlərdir. Yoxsa, insan niyə durduğu yerdə saxta profil açsın ki?
Vəfa Əkbər – Psixoloq: “Eqosunu doydura bilməyən insanlar çox vaxt belə bir şeyə əl atır ki, özlərini rahatlaşdırsınlar”.
Saxta profil sahibləri, insanlıq baxımından kasıbdırlar, saxtadırlar. Yalan danışırlar, şər-böhtan atmağa meylli olurlar, özlərinə vurğundurlar. Bəlkə, qabaqlayıcı mexanizm var, biz bilmirik.

Rəşad Əliyev, İT mütəxəssis: “İnternetdə kifayət qədər sərbəstlik var. Bundan qaçmaq mümkün deyil”.

Bu “Twitter”in texnologiyasıdır. Burda bir məsələ də var, nə məcburdu ki, bir insan saxta profil açsın.

Deməli insan daha rahat yol tapır, saxta yol. Hesab açır, bəlkə, bunun qarşısının alınması mexanizmi olsun!

Sadəcə siz diqqətli olun, saxta profillərə görə. Hər profillə yazışmaq, dostluq göndərmək və ya qəbul etmək olmaz.


Fia.Az