ƏHALİYƏ XƏBƏRDARLIQ – bu çimərliklər təhlükəlidir

 Xəzər dənizinin və sahilyanı ərazilərdə aparılan monitorinqlərin nəticələri açıqlanıb.
Medianews.az xəbər verir ki, nəticələrlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsəlam Qənbərov mətbuat konfransı keçirib. O, çıxışında bildirib ki,
Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan ərazilərdə müvafiq standartlara cavab verən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırıb.“Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zonalarında, “Amburan” çimərliyində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində müvafiq standartlara cavab verən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırıb. Bu səbəbdən də, həmin çimərlik sahələri yay mövsümü ilə əlaqədar hazırda çimərlik kimi istifadəyə yararlıdır və normalara uyğundur”, – deyə Mirsəlam Qənbərov bildirib.
Qurum rəsmisi bildirib ki, Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsi “Sahil” və Səbail rayonunun Şıx çimərliklərində aparılmış monitorinqlərin nəticələrinə görə, zərərli maddələrin miqdarı normadan artıq olduğu müəyyənləşib. Bu səbəbdən qeyd olunan çimərliklərdən istifadə etmək məqsədəuyğun deyil.
Tarix: 1-06-2018, 14:05
Xəbəri paylaş





Xəbər lenti