"Texniki baxış talonu ərzaq məhsulu deyil ki, onu bu şəkildə satsınlar..."



“Texniki baxış talonlarını satan saxtakarların əməllərinə hüquqi qiymət verilməlidir”



Bakıda avtomobillərə texniki baxış talonunu saxta yolla satan şəxslərin peyda olduğu xəbəri yayılıb. Sürücülər bildirirlər ki, onlara zəng edən şəxslər texniki baxışdan keçmədən onlara birbaşa texniki baxış talonunu 60 manata təklif edirlər. 

Nəqliyyat ekpserti Ərşad Hüseynov Moderator.az-a açıqlamasında bildirdi ki, sürücülərimiz belə insanlara aldanmamalıdırlar. Bu insanlar etdikləri saxtakarlığa görə məsuliyyətə cəlb olunaraq qanun qarşısında cavab verməlidir:

“Azərbaycan qanunvericiliyinə görə texniki baxış yalnız Dövlət Yol Polisinin texniki baxış məntələqələrində keçirilməlidir. Həmin məntəqədə avtomobil texniki baxışa təqdim olunmalıdır və  sazdırsa, ona texniki baxış talonu verilməlidir. Bunun üçün də dövlət rüsumu 20 manatdır. Bundan kənar texniki baxış talonu almaq üçün atılan addımlar qanunsuzdur. Texniki baxış talonu ərzaq məhsulu deyil ki, onu bu şəkildə satsınlar. Bunun çox aydın və dəqiq qaydaları var. Bu saxtakarlığı edən şəxslər və əlbir olduqları kim varsa, məsuliyyətə cəlb olunmalı və onların əməllərinə hüquqi qiymət verilməlidir”.
Tarix: 2-06-2018, 15:11
Xəbəri paylaş





Xəbər lenti