"Düşünən insan" jurnalı tərəfindən 6 iyun 2018-ci il tarixində "JW Marriott Abşeron" otelində müqəddəs Ramazan ayı münasibətilə tədbir keçirilib
"Düşünən insan" jurnalı tərəfindən 6 iyun 2018-ci il tarixində "JW Marriott Abşeron" otelində müqəddəs Ramazan ayı münasibətilə tədbir keçirilib. Tədbiri açılış nitqi ilə açan redaktor Rövşən Əkbərov jurnalın əsas məqsədinin elmi mövzuları kütləviləşdirmək olduğunu, jurnalda elmi-kütləvi yazılarla yanaşı, dövlətçilik, radikalizm təhlükəsi və İslam həmrəyliyi kimi mövzulara da yer verildiyini qeyd edib. Daha sonra "Düşünən insan" jurnalının 7 illik fəaliyyətini əks etdirən video təqdimat yayımlanıb.
Tədbirdə çıxış edən rəssam-modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, şair-aktyor Rəşad Kəsəmənli, həkim-psixiatr Həlimə Qəmərlinskaya çıxış edərək jurnal haqqında müsbət fikirlərini bildiriblər. Tədbir iştirakçılarından xalq artisti Rafiq Əzimov, kinorejissor, əməkdar incəsənət xadimi Ənvər Əbluc, tanınmış aparıcı Hacı Nuran Hüseynov jurnalın fəaliyyətini yüksək qiymətləndirərək cəmiyyətimiz üçün əhəmiyyətini qeyd ediblər. Tədbirdə eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor və aktyor sənəti kafedrasının professoru, Azərbaycanın tanınmış aktrisası Gülşad Baxşıyeva, Əməkdar artist Nərgiz Əliyeva, gənc ixtiraçı Reyhan Camalova, aktrisa, aparıcı Sevinc Şirinova, ADMİU, ADU, BDU olmaqla universitetlərdən bir çox dosent, doktor, müəllimlər və jurnalın dəyərli oxucularının da bir qismi iştirak edirdi.
Tədbir iftar süfrəsi və əməkdar artist Şölə Səfərəliyevanın konsert proqramı ilə yekunlaşıb.