Təhsil naziri Ceyhun Bayramovun bölgələrdəki təhsil şöbələrinin müdirləri kriminal avtoritetlər kimi özlərini aparırlar; Onlar kifayət qədər aqressivləşiblər...
FİA.Az-ın araşdırma qrupu yazır ki, Kəlbəcər təhil şöbəsi müdiri Elmira Şükürovanın oğlu qumarda 200 min uduzur, Beyləqan təhsil şöbəsi müdiri Xuraman Rüstəmovanın övladı polis həmkarını bıçaqlayır, Ağdaş təhsil şefi Hürü Əliyevanın tədris mərkəzi açan balası da jurnalisti tənqidə görə təhdid edir, söyür.
Bu faktlar təkcə son dövrlərdə baş verənlərdir. Digər təhsil şöbələrinin müdirlərinin də fəaliyyəti kristal deyil. Onlar məktəblərdə bazar açıblar, çirkin rüşvətə bulaşıblar.
Amma C.Bayramov nazir fəaliyyətinə başlayandan bəri heç bir təhsil şöbəsi rəhbərini cəzalandırmayıb, araşdırma aparmayıb.
Məsələn, Beyləqan təhsil şöbəsi müdiri X.Rüstəmovanın polis bıçaqlayan oğlu ilə bağlı xəbərlərdə çıxdıqdan sonra vəzifəsindən çıxarıla bilərdi.
Amma təhsil naziri heç bir tədbir görməyib. Beyləqan DYP-nin işçisi Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu soyuq silahla bıçaqlayıb.
Onun valideyni isə rayon təhsilinə rəhbərlik edir. Heyrətamizdir. Nazir islahatlar dediyi budurmu?
Beyləqanda operativ, gənc, reputasiyasında qalmaqal olmayan təhsil şöbəsi müdiri tapmaq çətindirmi?
X.Rüstəmovanın bu vəzifəyə gəlmək üçün rayonun icra başçısına 100 min manat verdiyi iddia edilirdi. Həmin pulların isə müəllimlərdən toplandığını deyilirdi.
X.Rüstəmova bu vəzifəyə təyin olunduğu gündən rayonun təhsil şöbəsində ciddi problemlər baş qaldırmışdı.
100.000 manat qarşılığında Beyləqan şəhər 3 saylı orta məktəbin direktoru Xuraman Rüstəmova təhsil şöbəsinə müdir təyin olunmuşdu.
İcra başçısı Vaqif Abdullayev bu işdən böyük qazancla çıxmışdı. Xanım təhsil müdiri isə verdiyi pulun heç mayasını çıxara bilməyib.
FİA.Az-ın media üzərindən araşdırma qrupu yazır ki, Xuraman Rüstəmova 35 müəllimi Təhsil Nazirliyindən vacib proseduradan keçmədən rayon məktəblərində işlə təmin edib.
Əlbəttə ki, bütün bunlar da təmənnasiz başa gəlməyib. Xuraman Rüstəmova ilk əvvəl müqavilə ilə və yaşları 65 və daha yuxarı olan müəllimlərə hədə - qorxu gələrək, onları işdən çıxaracağını bildirib.
Yenidən müqavilə bağlaması üçün onlardan 500-1000 manat arasında rüşvət yığıb. Etibarlı qaynaqlardan sonolay.org-a verilən məlumatlara görə, Beyləqan rayonunda müqavilə ilə çalışan 300-ə yaxın müəllim var.
Deməli, onların hər birindən yeni müqavilə bağlanılması üçün alınan rüşvət məbləğini 500 manatdan hesablasaq, toplam 150 min manat pul edir ki, bunu da xanım Rüstəmova cibinə qoyub.
Daha 35 müəllimin Təhsil Nazirliyində vacib prosedurlardan keçmədən yalnız Xuraman Rüstəmovanın "rüşvət attestatsiyasından" keçərək işlə təmin olunması isə onlara 2000-3000 min manat civarında başa gəlib.
Bu məbləği də üst-üstə hesablasaq, artıq Xuraman xanımın 5 ayda nə qədər haram kapitala yiyələndiyini bilmək elə də çətin deyil.
Məlumatlara görə, X. Rüstəmova Bahar qəsəbə məktəbinə 9 aylıq müqavilə əsasında işə götürdüyü alman dili müəlliməsindən 2500 manat alıb.
Xuraman Rüstəmovanın qol qoyduğu qanunsuzluqlardan biri də odur ki, 10 yaxın məktəb direktorlarını hədələyərək işdən azad edib.
Qanunla məktəb direktorlarını TN azad edə bilər. Çıxarılan məktəb direktorlarının yeri də vakant verilməli, nazirlik tərəfindən müsabiqədən keçən şəxs direktor təyinatı almalıdır.
Əgər TN-də müsabiqədən keçən yoxdursa, direktorluq vəzifəsi müvəqqəti direktor müavininə həvalə olunur.
Müavin bundan imtina edirsə, onda pedaqoji şura çağırılmalı, direktor vəzifəsi müəllimlərdən birinə həvalə edilə bilər.
Ancaq Xuraman Rüstəmova bu prosedurları kənara atıb direktor kürsüsünu 10 min manata hərraca çıxarıb.
Maraqlı məqam ondan ibarətdir ki, dünən yazdıqlarımızdan sonra X. Rüstəmova qeyri - qanuni yolla vakant yer vermədən işə qəbul etdiyi müəllimləri TN-də İnsan Resursları Şöbəsinin müdir əvəzi Eşqi Bağırovun göstərişi ilə götürdüyünü dilə gətirib.
Qarşı tərəfi dinləməyə hazırıq.