TƏHSİL DEDEKTİVİ: həqiqətlər və mülahizələr

           Bu acınacaqlı gedişat millətimizin saflığını, ulu dəyərlərini məhvə aparır, in­san­­lar zombiləşirlər, islamçılıqdan uzaqlaşırlar
Mən yarım əsrdən çoxdur Təhsil məkanındayam və bu böyük anlayışı qeyri-pe­­­şə­kar yanaşma ilə üç dövrə ayırardım: 1920-ci ildən Vətən müharibəsinədək: dün­­­ya savaşından sonra müstəqilliyimizə və demokratik – milli sistemimizin bər­pa­­­sın­dan bu günlərimizə qədər. Böyük tarixi addımdır ki, təhsil ideoloji quru­luşda ya­ran­­­mış, inkişaf etmiş və formalaşmışdır. Sonuncu fikrə aqressiv yanaşmamalı, ona gö­­­rə ki, hər bir sahədə, hətta insan tərbiyyəsində belə, son yoxdur, formalaşma ta­­ma­mlanmır. Kristal qaya, daş parçası, dağ və sair də mövcud formasından çıxır, tə­­bii fəlakətlərə məruz qalır. Amma ideoloqlar on illərdir hayqırırlar: yeni nəsil ar­tıq for­­malaşmışdır. Komunist tərbiyəsi və təhsil vasitəsilə! Həqiqətən, belədirmi? Bəs müqabi­lin­­­­də nə formalaşmışdır, kim kamillik zirvəsinə (o yana yol yoxdur) çat­mışdır?
Gö­rü­­­nür, sualların fəlsəfəsində siyasi sistemin diqtəsi dayanmışdır, üstə­gəl sosial ger­çək­­­­liyin tələbləri. Birincisi, gənc nəsli dövlətçiliyə, vətənpərvərliyə və normal ya­şa­­­­mağa borcludur. İkincisi, insan resursunun – kopitalı ilk olaraq maddi ehtiya­cı­nı ödə­­­mək məsuliyyətini daşıyır, sonuncu özünü üç istiqamətdə görür:
1) İn­san möv­cud­­luğunda yaşatmağa (özünü) ehtiyac duymalıdır.
2) İnsan yeni fikir (ideya) eşit­mə­yə borcludur.
3) İnsan haqq işinə, yaxud işin ədalətli görülməsinə ümidli ol­ma­lı­dır.
Bu tarixi missiyanın sosialogiyasında azadlıq dayanır. Yeni nəsildə bu həqi­qət məhz təhsil yolu ilə aşınmalıdır, əks halda insan yaşadığı cəmiyyətdə, ruhun var­­­­lığını itirir, özündən uzaqlaşır. Bu mənfi psixologiyaya dünənki məktəbli ana­dan­­­gəlmə yiyələnmişdir, valideynləri diktə etməmişdir. Hər bir gənc, yaxud da yaş­­­­­lı nəsil geniş diapazonda düşünməli, sosial və məntiqi yollar axtarıb tapmalıdır. Bu­­nun ilk mühüm mənbəyi təhsilin borclu olduğu “düşüncə tərzi”dir, tənqidi tə­fək­­kür bacarığıdır, qeyri obyektiv hadisələrə analitik yanaşma cəsarətidir. Bu “tria­da” dünyanı bütöv görməyə, nəyin həqiqət, nəyin yalan olduğunu seçməyə, kölə (qul) vəziyyətlə barışmamağa çağırır. Həqiqi məxrəcə gəlmək üçün düşüncə tər­zi­nə sahib olmaq vacib amildir. Deməli, dövləti yaşatmaq lazımdır, çünki dövləti (elə­­­­cə də dövlətçiliyi) 100-200-500-1000 il yaşatmaq mümkündür və tarix bunu sü­­­­­buta ye­tirmişdir. Ona görə də hər bir insan təhsil məkanına ayaq basdığı gündən ön­­­cə əxlaqi dəyərlərə yiyələnməli, təhsilin bütün vasitələri mənəvi-ruhi tərbiyəni ikin­­ci plana ötürməməlidir, necə deyərlər, balaların beynini və yaddaşını ifrat elmi in­­formasiya ilə yükləməməlidir, bir nadan savadlı başçı, rəhbər “düyməni” bas­maq­la milyonlarla günahsız insanları, milyonlarla canlıları, gözəllik bəxş edən tə­biə­ti məhv edir, necə ki, XXI əsr bu fəlakətə doğru irəliləyir bəzi prezidentlər tə­rə­fin­­dən və şübhə yaranır: bu cür xislətləri ana dünyaya gətirmiş ki, həmin dünyanı yan­­­dırsın, boğsun? Kaş beləsini anası bətnində boğaydı!
Təəssüf ki, 70 ildə azərbaycanlı türkünün qismətinə, , bəlkə də payına yalançı ideologiyadan qidalanan: al­­­datma (böyük sferada da), satqınlıq, boş beynəlmiləçilik, yersiz tərif, yerliçilik və sair hisslər düşmüşdür! Tərbiyədən uzaq­laşan­da: x­a­­­­­ricdəngəlmə pedantçılıq, bir-birinə qarşı soyuqluq, qeyri səmimilik, ağ ilə qa­ra­­nı seç­­məmək, atalıq, analıq qüdsiyyətini itirmək, doğmasına ideal şərait yarat­maq və ila­xır insanlıqdan, dövlətçilikdən, qanun və qanunçuluqdan kənar işlərə rə­vac ver­­­mək. Məktəblinin ağılını, düşüncəsini o dərəcədə kütləşdirirlər – nə sinifdə, nə də ev­­də gözəllik, istirahət, sərbəstlik üçün vaxtı çatışmır, çünki riyazi tipli elm­lə­rin mən­­­gənəsindən çıxa bilmir. Ev tapşırıqlarına valideynləri yardımçı olsa da. Bu­mu­dur, təhsilin inteqrasiyası? Bumudur, biz sağlam düşüncəli, yeni fikirli nəsil bö­yü­dü­­­rük? Bumudur, olan-qalan vaxtı repititor dalınca yüyürürük. Hökumət səviyyə­sin­də rəsmilər soruşur ki, təhsil funksionerləri, mənim övladım da daxil olmaqla şa­­girdlərin niyə məktəbdə tədris proqramlarını öyrənməyə gücləri çatmır? Elə isə döv­­lət milyardlarla pul xərcləyir təhsil üçün – nə ehtiyac?
Rəsmilər hər halda xatırlayar həm öz timsallarında, həm də atalarının sima­la­­­rında onlar repititorların ardıcıl gücü iləmi ali təhsil məktəblərinə daxil olmuşlar. Hə­qiqət uzaqda deyil, bəs nə üçün təhsil daşıyıcıları iki on ildir tədris proqramları və dərsliklərlə təzələnir, illərlə ayrı-ayrı məsul şəxslər xarici ölkələrə valyuta hesa­bı­­na ezam olunur, qayıdır, nəyisə təhsilə gətirir, yenə özünü doğrultmur. Yeni-yeni təh­­­sil nazirləri kresloda oturur, “aparatı” təzələməklə bir neçə il məşğul olur, vəd­lər verir, şişirdilmiş faktları ictimailəşdirir. Nəticədə, sovet təhsilindən, onun verdi­yi bilikdən və savaddan fərqli olaraq universitetlərə keçmişin müqayisəli balı ilə 3: 3,5-lə daxil olurlar. Halbuki, bu balı toplamaq problem olmazdı! Budurmu, təhsilin uğur­ları? Bu, bir yana, gənc nəsil əxlaq tərbiyəsindən, mənəvi dəyərlərindən de­mək olar ki, məhrum olurlar: 20-25 yaş arası gənclərin cinayətə kütləvi yuvarlan­ma­­­sı faktını təkzib etməyə heç kəsin vicdanı yol verməz. İş o məqama dirənib ki, azə­­­­ri-türk balalarına yad olan nankorluğu: atanı, ananı və ya oğlunu, qızını qətlə ye­­­­­­ti­­rənlərin sayı ilbəil çoxalır. Elə bu yaşda intihara cəhd, yaxud intihar etmək də adi­­­ləşmişdir. Sual edirəm: Ölkəmizin adlı-sanlı psixoloq alimləri, akademikləri, elm xadimləri, filosofları, sosioloqları, siyasətçiləri belə utanc gətirən hadisələrin nə üçün kökünü araşdırmırlar, bəlkə “yuxarı”dan qadağalar var – biz bilmirik?
Bu acınacaqlı gedişat millətimizin saflığını, ulu dəyərlərini məhvə aparır, in­san­­lar zombiləşirlər, islamçılıqdan uzaqlaşırlar. İnanmaq istəməzdim! Son on il­lər­dir ali təhsilli milli kadrlarımızla rastlaşırıq (mətbuatdan oxuyuruq): şəxsi məna­fe­yi­­ni ümumdövlət maraqlarından çox-çox üstün tuturlar, milyonları yeyir, ya­xud xa­ri­­cə ötürüb aradan çıxırlar, bəziləri də mühakimə olunurlar. Rüşvət aldıq­la­rı, kor­rup­­siya yolu ilə pul əldə etdikləri sübuta yetirilirsə, azadlıqda gəzir. Cina­yət məcəl­lə­­sində təsbit olunmuşdur ki, rüşvət alan da (rüşvət verən də) ciddi cəza almalıdır. Mə­gər pulların bir hissəsini geri qaytarmaq onların sığorta edilməsidir? Bəli, döv­lə­tin, xalqın pulunu sağa-sola xərclə, özün də cəzasız qal! Belə vəzifədə çalışmaq ne­­cə də sərfədir! Bu vəziyyətin görünən tərəfi bəllidir, amma o tərəfində əx­laqi nü­mu­­nə dayanır. Gənc nəsil mütaliyəçidir, televizor ekranını izləyir və gö­rür ki, bəzi və­­zifəli məmurlar yeyir, hətta “sudan quru” çıxır. Deməli, məntiqlə o vəzifə tutarsa məhz bu cür yola düşəcəkdir, sübut olunmuş faktdır. Onlarda sərvət toplamaq, han­sı alçaq yollasa vəzifədə oturmaq ehtirası yaranır.
Ehtiras insan ruhu­nun vəziyyə­ti­dir, xarici mühit hadisələrinin və daxili hiss orqanlarının təsiri altın­da yaranır və in­­kişaf edir. Belə tipli fərdi ehtirasların elmi əsasları yox deyil: belə xislətli vəzifə tu­­tan talançılar çox yaxşı anlayırlar ki, mal-döv­lət ehtiras hissi olanda o, həyatını qo­­ru­yur, daha da yaxşılaşdırır, həzzini real­laşdırır, hətta diferen­sial­laş­dırır. Bir şərti də unutmayaq ki, insan (fərd) öz ehtira­sı­nı idarə edərsə, o, azad­dır. Bəli, dövlət, xalq, Vətən mənafeyi qabağa keçəndə “dü­şün­cə tərzi” isti­qa­mə­tini yaxşıya dəyişir. Təəssüf ki, təhsil sistemimiz Sovet təhsil məkanının yaxşı, münasib atri­but­la­rını qorumadı, saxlamadı və qərbə üz tutdu. Hal­buki, Şərq “dü­şüncə tərzi” gənc nəs­­lin yüksək əxlaqi ruhda yetişməsində qiy­mət­li mənbədir bu gün də. Şərq o hissi aşı­­layır ki, dünyanı sərt, quru, laqeyd halda götürmək yara­maz (ağılın da öz yeri var), insan axı ülvi varlıqdır, ağlamağı və gül­məyi, sevinmə­yi və kədərlənməyi də özün­­də görməlidir. Dünyanı emosionallıqdan qi­dalanan gözəllikdə təsəvvür edir. Hə­­­lə də emosional düşüncə tərzi çağdaş mək­təb­lərimizə ciddi ayaq açma­mış­dır, hət­­­ta bədii ədəbiyyat sıxışdırılır, bir azdan qor­xuram Nizamilər, Füzulilər, Sa­bir­lər ya­­ramasın, yerini dəqiq elmlər tutsun. Unut­mayaq ki, ən dahi alimdə bədii his­­­siy­yat, bədii idrak yoxsa o, yeni heç nə yarada bilməz, heç bir şəxslə ünsiyyətə gi­­rə bil­məz. Çünki o alimdə insanlıq fenomeni çatışmayacaq­dır, bu yoxsa O kimə gərək­dir, qarğın silahları haqqında düşünə­cəkdir. Böyük alim Ömər Xəyyamın rü­bai­ləri hə­lə də elmi həllini gözləyir, eləcə də Nizami Gəncə­vinin poeziyası bu ba­xım­dan.
Ömər Xəyyamın poetik misraları:
Xilqətin başlıca mehvəriyik biz,
Dərk etsən, bəsirət cövhəriyik biz.
Cahan dairəsi qızıl bir üzük,
Onun ən dəyərli kövhəriyik biz.
(Ardı var)
Allahverdi Eminov
Tarix: 4-12-2018, 14:23
Xəbəri paylaş





Xəbər lenti