Sığorta pulunu almayan şəhid vərəsəsi haqlı çıxdı: NAZİRLİK AÇIQLADI


Sığorta pulunu almayan şəhid vərəsəsi haqlı çıxdı: NAZİRLİK AÇIQLADI

“Şəhid hərbi qulluqçu Tahir Xasməmmədovun qardaşı Qazax rayon sakini Firuz Xasməmmədovun birdəfəlik ödəməni (11 min manat) ala bilməməsi ilə bağlı bir neçə saytda yayılan şikayəti nazirlik tərəfindən araşdırılıb”. 

Bu barədə Cebhe.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov məlumat verib. O bildirib ki, aidiyyəti notariat kontoru tərəfindən nazirliyin elektron sisteminə məlumat ötürülən zaman sistem test rejimində fəaliyyət göstərdiyindən müvafiq sənədlər nazirliyə daxil olmayıb: 

“Vətəndaşın müraciətindən sonra aidiyyəti notariat kontoru ilə danışıqlar aparılıb və sənədlərin yenidən göndərilməsi təmin edilib. Belə ki, noyabrın 29-da şəhidimizin vərəsəsinin sənədləri nazirliyə daxil olub və aidiyyəti üzrə işçi qrupu tərəfindən baxılmaqdadır. Sənədlərin tamlığı təsdiq edildikdən sonra vərəsənin birdəfəlik ödəməni almaq hüququndan istifadə etməsi barədə sms vasitəsilə özünə məlumat veriləcək və ödəməni alacaq”. 

Tarix: 5-12-2018, 21:51
Xəbəri paylaş





Xəbər lenti