Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində (ƏƏSMN) mükafatlar ədalətli bölünmür.Anaxeber.info - a daxil olan məlumata görə, qanunvericiliyə uyğun olaraq Maliyyə Nazirliyindən ƏƏSMN-ə ayrılan müvafiq mükafatlar nazirliyin aparatında çalışan işçilərə verilir.Lakin nazirliyin rayon şöbələrində işləyən əməkdaşlarsa bu mükafatlardan yararlana bilmirlər.Məlumata görə, mükafatların verilməməsi Əmək və əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin tapşırığı ilə həyata keçirilir.Halbuki, respublikada fəaliyyət göstərən bütün dövlət və özəl qurumların əməkdaşlarının hüquqlarını qorumağa cavabdeh olan ƏƏSMN-nin özündə belə bir qanunsuzluğa yol verilməsi diqqət çəkir. Ölkədə əmək hüququ pozulan hər kəs nazir Sahil Babayevə müraciət edir, nazir isə öz tabeliyində çalışanların hüquqlarını pozur. Bəs görəsən, ƏƏSMN işçilərinin əmək qanunları pozulanda kimə müraciət etməlidir? Sualı biz verdik, cavabı Sahil Babayev versə daha yaxşı olar.