Xoşbəxt nikahın sirri - ər-arvad arasında yaş fərqi bu qədər olmalıdır

 Emori Universiteti (ABŞ) alimləri sübut ediblər ki, ər ilə arvad arasında yaş fərqi nikahın uzunomürlü olub-olmamasına birbaşa təsir edir.

Siam.az saglamolun.az-a istinadən bildirir ki, araşdırmada 3000-dən çox ailə cütlüyü iştirak edib.

Məlum olub ki, insanlar arasında yaş fərqi nə qədər çoxdursa, tez boşanmanın riski də bir o qədər çoxdur. Ər ilə arvad arasında 20 və bundan çox yaş fərqi olduqda 1-ci il ərzində boşanmanın ehtimalı 95%-dir.

Bu fərq 10 yaşdırsa, boşanmanın riski 39, 5 yaşdırsa - 18%-dir.

Alimlərin müşahidələrinə görə, ər-arvad arasında yaş fərqi nə qədər azdırsa, boşanmanın da riski bir o qədər azdır. Bu fərq 1 yaşdan az olduqda boşanmanın riski 3% qədər azalır.
Tarix: 11-12-2018, 07:53
Xəbəri paylaş





Xəbər lenti