Məktəb direktorunun arxasında İcra Başçısının müavini durursa...
Son zamanlar medianın gündəmindən düşməyən mövzulardan biri də təhsil sahəsidir. Çünki əgər, gənc nəslin təlim-tərbiyəsinə fikir verilməsə, deməli gələcəyimiz qeyri-müəyyənliyə doğru gedər və sonu görünməyən uçuruma düşərik... Bu baxımdan yanaşsaq, ölkəmizdə xeyli inkişafın olduğunu görər və gələcəyimizin etibarlı əllərdə olduğunu dərk edərik. Ölkəmizdə 5000-nə yaxın orta təhsil müəssisəsinin olduğu bildirilir ki, bu da dövlətimizin təhsilə verdiyi önəmli diqqətdən xəbər verir. İndi isə gəlin, konkret olaraq, Sumqayıt şəhərində yerləşən 9 nömrəli tam orta məktəbdən, onun inkişaf yolundan danışaq... Bu məktəb şəhərin ilk yaradılmış təhsil ocağıdır, 1958-ci ildə tikilərək İnşaatçılar qəsəbəsində yaşayan sakinlərin öhdəsinə verilmişdir. Bu günə qədər xeyli sayda müəllim və şagirdlər bu məktəbdən istifadə etmiş, xeyli sayda direktor və direktor müavinləri məktəbi özlərinəməxsus qaydada idarə etmişlər... Amma, nədənsə, 2017-2018-ci tədris ilində Sumqayıt şəhər Təhsil şöbəsinin əvəzolunmaz müdiri, gözəl alim, məktəbşünaslığın dərin bilicisi, biologiya elmləri üzrə fəlsəfə doktoru Namazov Nizami Rza oğlu öz fəhmi və düşüncəsilə dərk elədi ki, adı çəkilən məktəbdə direktor və direktor müavinləri öz yerlərində deyillər. Odur ki, tənbəllik eləməyib məktəbin rəhbərlərini tam heyyətlə işdən azad elədi və 39 nömrəli məktəbin ibtidai sinif müəllimi, şəhərdə “DOLLAR HƏQİQƏT” kimi tanınan Abdullayeva Həqiqəti bu qocaman məktəbə rəhbər təyin edərək, üç kişinin görə bilmədiyi çətin işi bu zavallı qadına tapşırdı və başa saldı ki, məktəbin direktoru da, müavini də Həqiqət özüdür... Maraqlı burasıdır ki, bu işə Təhsil Nazirliyi heç bir reaksiya vermədi. Doğrudan da N. Namazovun qoyduğu kadra nazirlik niyə dillənsin ki!!!... Bəli, “DOLLAR HƏQİQƏT” işə başladı, nə başladı... Birinci növbədə rüşvətxorluğa son, talana son deyərək, nə şagirdlərdən, nə də müəllimlərdən pul aldı... Əgər, keçmiş direktor şagirdlərdən (yuxarı siniflər) 5-10 nəfərini “ölücan” saxlayırdısa, Həqiqət müəllimə bu sayı 20-25 nəfərə çatdırdı, lakin onlardan pul almadı. Təmiz direktor öyrəndi ki, şəhər İH-nin müavini Teymur Səmədovun qardaşı qızı məktəbdə xadimə ştatında işə götürülüb, lakin nə işlə məşğul olması məlum deyil, eləcə “at oynadır”... çox sevindi və tezcənə iki nəfər qadını da o, bu formada işə götürdü və katibənin sayını üçə qaldırdı. Deyilənə görə onların hərəsindən 4000 AZN pul alıb, lakin bu “ağ yalandır” yuxarıda qeyd etdik ki, H. Abdullayeva “təmiz”adamdır. Əgər N. Namazov 50 məktəbin içərisindən bir nəfər kadr seçibsə, deməli təmiz adam seçib də... Doğrudur, “ağzıgöyçəklər” təyinat zamanı dedilər ki, guya vəzifəyə gələndə “DOLLAR HƏQİQƏT” KİMƏSƏ 40000 AZN rüşvət verib, lakin bu ağ yalandır. Axı bunu kim sübut eləyə bilər, məgər bizdə dövlət məktəbləri satılır?!... Təmiz direktor texniki işçilərdən üç nəfər ocaqçını, bir nəfər fəhləni də işə çıxmağa qoymadı, onları evdə, maaş kartlarını isə öz cibində saxladı və onların əvəzində “zavxozu” işlətdi... (Yazıq zavxoz!...) Bundan başqa, otaq olmadığından keçirilməsi mümkün olmadığına görə keçmiş direktorun ləğv etdiyi dərnək və fərdi qrup məşğələlərini bərpa etdi, bununla da dövlətə ayda 500-600 AZN ziyan vurdu... Deyilənə görə həmən pulu müəllimlərdən elə aldı ki, yazıqların xəbəri də olmadı!.. Bizə görə bu da yalandır, inanmırsınızsa, yoxlayın, müəllimlər deyəcəklər ki. dərsi necə lazımdır keçmişik, pulunu da özümüz həzmrabedən keçirmişik... Və direktorumuz çox təmiz adamdır... Lakin bu müəllimlərin içində bəzi naxələfləri də var ki, onların dediklərinə görə ötən dərs ilini aşağıdakı kimi başa vurublar...
Həqiqət Abdullayeva məktəbimizə direktorəvəzi təyin olunan gündən məktəbdə baş verən neqativ faktlar: Fərdi Təhsil:(qeyri qanuni mənimsənilən pul) 5-ci sinif şagirdi Abdullah Əsma - adı fərdi təhsildə gedir. Lakin uşaq dərslərdə iştirak etmədiyi halda direktor fərdi təhsilə görə müəllimlərin kartına vurulan pulu mənimsəyir. Uşaq müəllimlərini tanımır. Xıxlar Nərmin - riyaziyyat Həsənova Elza- Azərbaycan dili Şirinova Aynurə- Tarix Cəfərova Şərəf - İnformatika Fərdi təhsil 1-ci sinif . Şagirdin adı Fərzəliyeva Aynurə müəllimənin jurnalında getdiyi halda, uşağın özü isə fərdi deyil, İlayə müəllimənin sinifində oturur. Fərzəliyeva Aynurə hər ay fərdi təhsil üçün kartına vurulan pulu direktor Həqiqət Abdullayevaya verir.
Korrupsiya hallarını gizlətmək üçün siniflərə girərək uşaqları "soruşan olsa məktəbdə pul yığılmır" deməyə məcbur edən şəxs fizika lobarantı Esmira Ağayeva 1. DEKABR ayı - Hər müəllimdən- 40azn pərdə üçün (Hər şagirddən 2.00 azn yığılmaqla təşkil olundu) Hər müəllimdən 10 azn qəzet pulu Təbaşir pulu -5.00 (hər sinifdən katibə yığırdı) 2. Yanvar ayı Monitoring pulu - 2.00 azn (hər şagirddən 2.00azn ) Açıq dərslər - 50 azn (Riyaziyyat Fizika) 3. Fevral ayı Açıq dərslər- 50 azn (Azərbaycan dili, X/dili) 4. Mart ayı 8mart üçün hər müəllimdən - 50azn Novruz şənliyi üçün hər müəllimdən -20 azn Dəmir reşotkalar -4.00azn (ibtidai sinif şagirdlərinin hər birindən 4.00azn) Açıq dərs - 50.00azn (kimya, biologiya) 5. Aprel ayı Parad paltarı üçün hər sinif rəhbəri - 50azn (hər şagirddən 2.00azn yığılmaqla təşkil olundu, amma paltarlar təzələnmədi, gözdən pərdə asmaq üçün keçən ilki paltarlar üzə çıxarıldı) Direktorun ad günü - 50 azn (hər müəllimdən) Təranə direktor müavini ad günü- 10 azn (hər müəllimdən) Direktora hər müəllimdən "köməklik" - 50.00azn (direktor müəllimləri tək-tək otağına çağıraraq istədi) 6. May ayı Monitoring pulu - 2.00 azn (hər şagirddən 2.00azn ) Maarifdən gələn yoxlamanı yola salmaq üçün hər müəllimdən 1.00 azn Qramota pulu- 2.00 (qramota alacaq şagirdlərdən yığılacaq pul) Gündəlik dərs planı yazmayan müəllimlər hər ay 20.00 azn
Fizika lobarantı Esmira Ağayeva pul yığımında məsul ş DogruXeber.az informasiya agentliyinin əməkdaşları İnandırıcı mənbələrdən öyrənd ki, artıq Abdullah Əsma 6-cı sinifdə “təhsil alır”. Doğrusu, yenə də inanmaq istəmirik, lakin müəllimlərdən aldığımız məlumata görə təmiz direktorun iş üslubu bu il də eynilə davam edir. Bir şad xəbər də eşitdik ki, bu da bizi sevindirdi. Sakinlərin arasında belə bir fikir gəzir ki, nəhayət yaşlanmış məktəbi söküb yerində təzə bina tikəcəklər. Deməli “DOLLAR HƏQİQƏT”in ayağı düşərli olub... Lakin çox xırdaca bir problem yaranıb... Belə ki, şagirdləri yaşadıqları yerdən müvəqqəti oxuyacaqları “İstək liseyi”nə aparmaq üçün nəqliyyat məsələsi qarşıda duran ən ümdə məsələlərdən biridir. Çünki bir şagird gündə 60 qəpik yol pulu verməlidir ki, bu da bir aya bir şagird üçün 15,60 AZN edir. Əgər 1000-ə yaxın şagirdin olduğunu nəzərə alsaq, bu təxminən 15,600 AZN edir... Lakin təmiz direktor bu məsələni də çox asan yolla həll edib. Belə ki, hər şagird 10 AZN-İ direktora verəcək və nəticədə həm nəqliyyat məsələsi həll olunacaq, həm də şagirdlər 5,60 AZN qabağa düşəcəklər... İndi sakinlər belə direktorun ölənlərinə rəhmət oxumayıb, nə etsinlər?!... Bax, elə buradaca Təhsil şöbəsinin sabiq müdiri N. Namazovun yeri görünür... Axı səni niyə çıxartdılar, ay müdir?!... İndi sən yerində qalsaydın, gör neçə məktəbə “DOLLAR HƏQİQƏT” kimi direktorlar qoyardın... Sumqayıt təhsili bir ağ günə çıxardı... Hayıf səndən, çox hayıf!!!... Amma narahat olma, yerləşdirdiyin kadr etibarlı əllərdədir. Eşitdiyimizə görə, H. Abdullayevaya İcra Başçısının birinci müavini, Tərəqqi medallı Teymur Səmədov “krışalıq” edir. Şəhərdə gəzən söz-söhbətə görə cari ilin aprel ayında öz “krışası”na 5000 AZN-i hamıdan qabaq “DOLLAR HƏQİQƏT” verib... Bir də dedilər ki, T. Səmədov yaşayış binalarının “podyezdlərini” məktəb müdirlərinə təmir elətdirir... Doğrusu, buna da inanmaq istəmədik və fikirləşdik ki, görəsən, zavallı Həqiqət müəllimə neçə binanın podyezdini təmir elətdirib, həm də nə şagirdlərdən, nə də müəllimlərdən bir qara qəpik almadan?!... Bütün bunlara rəğmən Təhsil Nazirliyinə bir sualımız yarandı: -Əcaba nə üçün belə kadrı direktor təyin etmirsiniz, fikriniz nədir, artıq bir ildən çoxdur ki, H. Abdullayeva sınaqdan çıxıb, daha nəyi gözləyirsiniz?!...
Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq: DogruXeber.az