Xəbər verdiyimiz kimi, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi təmirə bağlanıb.
Bu səbəbdən də şəhər və Bakı kəndləri istiqamətində hərəkət edən marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilib.
Avtobuslar əks istiqamətdə müvəqqəti təyin edilən dayanacağa daxil olmaq üçün hərəkət istiqamətləri xeyli uzanmış olur. Həmçinin körpülərdən istifadə etmək məcburiyyətində qalırlar ki, bu da körpülərin üzərində sıxlığın yaranmasına səbəb olur.
Bu da səhərdə işləyən vətəndaşların səhər saatlarında narazılığına səbəb olur.
Bəs, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinin təmiri nə vaxt başa çatacaq?
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr departamentinin sektor müdiri Mais Ağayev Cebhe.info-ya açıqlamasından bildirib ki, orda təmir və tikinti işləri yeni başlanılıb: “Bu işlərin nə zaman yekunlaşması ilə bağlı konkret tarix söyləmək tezdir”, - deyə əlavə edib.