Bu səhiyyə ocağında rəsmən bazar açıblar... - VİDEOFAKT
Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmət ləğv edilib.
Səhiyyə Nazirliyinin sözçüsü Səmayə Məmmədova deyir ki, bu qərara əsasən dövlət müəssələrində stasionar müalicə alan xəstələrin müayinə və müalicəsi pulsuz aparılır. Yalnız Diqanostika mərkəzləri və stomotoloji mərkəzlər pullu xidmətlər göstərirlər. Çünki onlar təsərrüfat xarakterlidir.
Ancaq reallıqda vəziyyət tam əksinədir. Bu gün uzun-uzadı yazmaqdansa bunu əyani olaraq göstərəcəyik.
İlk olaraq Sumqayıtdakı 3 saylı poliklinikadan başlayaq. "Youtube" kanalında bu poliklinikaya aid tərifli bir süjet var. Orda pulsuz müayinədən danışılır.
Həmin videoya da burda baxa bilərsiniz. Qalan videolarda isə reallıq əıks olunub. Bu səhiyyə ocağında vətəndaşlardan necə pul alınması əks olunub. \\mozalan.az\\