İşsizləri udan sirli mənbə


İşsizləri udan sirli mənbə

“Azərbaycanda 1.5 mln. nəfərə yaxın əmək qabiliyyətli yaşında olan, lakin heç yerdə çalışmayan insan var”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib: 

“Bunun üzərinə "sərbəst məşğul" kimi statistikanın uçota aldığı, yəni əmək müqaviləsi ilə çalışmayan, tam əksəriyyəti sosial və işsizlik sığortasından kənarda qalan insanları gəlsək, sayı kifayət qədər edər.

Ölkədə əmək qabiliyyətli yaşında 6.5 mln. nəfərə yaxın insanın az qala 60%-i sosial müdafiə sisteminin radarlarından itmiş vəziyyətdədi. Bu, çox ciddi sosial təhlükəsizlik məsələsidir. Rəsmi statistika əmək qabiliyyətli yaşında iqtisadi qeyri-fəal əhalinin yarısından çoxunu ya evdar, ya da mülkiyyətdən gəliri olduğu üçün işləməyə ehtiyacı olmayan fərdlər kimi qeydə alır”, - deyə ekspert əlavə edib.


Tarix: 22-12-2018, 15:11
Xəbəri paylaş





Xəbər lenti