Gürcüstan KİV-də Tbilisidəki Qafqaz Beynəlxalq Universitetinin fəaliyyəti ilə bağlı qalmaqallı araşdırma yayımlanıb.
Oxu.az xəbər verir ki, yayımlanan məlumatda hazırda bu universitetdə alimlik dərəcəsində təhsil alan Gürcüstan ədliyyə naziri Teya Tsulukianinin təhsil müəssisəsindəki bəzi qanunsuzluqları ört-basdır etdiyi bildirilib.
Mənbənin məlumatına görə, universitet Azərbaycan vətəndaşlarına saxta diplomlar verməklə məşhurdur. Bununla bağlı informasiya prokurorluğa çatsa da, araşdırmalar qısa zamanda başa çatıb.
Universitetin rektoru azərbaycanlılara saxta diplomların verilməsi ittihamını rədd edib.
Məlumatda qeyd edilib ki, nazir özü dərslərdə iştirak etmir. Buna cavab olaraq rektor deyib ki, Tsulukaniani nümunəvi tələbədir.