Əxlaqlı oğru: Sosial vəziyyət insanları cinayətə sürükləyir

 

Bakıda maraqlı hadisə baş verib.

Minval.info xəbər verir ki, metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında yerləşən playstation klubda oğurluq olub. Belə ki, orada çalışanlardan biri olan Məhəmməd adlı gəncin mobil telefonu oğurlanıb.

Hadisənin maraqlı tərəfi budur ki, oğurluq edən şəxs bunu etməyə məcbur olduğunu qeyd etdiyi məktubla telefonun sahibinə üzrxahlıq edib: “Salam, Məhəmməd, necəsən? Mən neçə vaxtdır iş axtarırdım, tapa bilmirdim. Qaqam, dünən sənə qarşı pislik etdim, telefonu apardım. Uşağım xəstədi və 67 manat dərman pulu lazım idi. Telefonu da 45 manata satdım. Qaqa, səbrli ol! İşləyim, gələn ay pul yığıb, telefon alıb verəcəm. Müdirə de, bir az köməklik üçün səbrli olsun. Vallah işləyim, gələn ay alacam, verəcəm. Sağ ol”.

Minval.info

 


Tarix: 26-12-2018, 09:45
Xəbəri paylaş





Xəbər lenti