Son günlərdə Xəbəral.az saytının redaksiyasına “Azərcell”-ə bağlı şikayətlər gəlməkdə davam edir. Əksər şikayətçilər “Azərcell” nömrə istifadəsindən imtina edib, digər mobil aperatorlardan istifadə etdiklərini bildirirlər. Lənkəran şəhərindən olan Çiçək adlı xanım bildirir ki, bayram günlərində “Azərcell”-dən gələn reklam xarakterli smslər onu lap təngə gətirib. Çiçək xanım onuda qeyd edir ki, Sabirabad rayonunda doğulmuşam, valideyinlərim həmin rayonda olur, bayram ərəfəsində istədim onlarla bayramlaşım bu mümkin olmadı. Sim-sim nömrəm işləmədi ki,işləmədi. “Azərcell”operatorlar xətlərinin məşğul olduğunu qeyd etdilər.
Məndə məcbur olub bayramın səhəri “Azərcell” nömrəmi ləğv edib digər mobil operatora keçdim, indi rahat şəkildə danışıram. Amma yoldaşım Əli hələ sim nömrə işlətdiyindən indidə əziyyət çəkir, hara zəng edirsə tez-tez əlaqə kəsilir. Boş-boş smslərdə ki, bezdirib yoldaşımı. Oda bu yaxınlar da başqa mobil operatorlara keçəcək.
Bir sözlə “Azərcell” mobil operatoru insanların əsəblərini pik həddə çatdırır. İnsanların ciblərini soyur, konturlar öz-özünə çıxılır. Paytaxt Bakida umimiyyətlə “Azərcell”-dən başqa nömrələrə zəng etmək lap mümkünsiz olub .Çünki, iki kəlmə söz demək üçün 50+60 qəpik kontur çıxır.
Digər bir problemli məsələ isə abunəçilərə göndərilən SMS-lərin qanunvericilik daxilində tənzimlənməməsidir. Hər gün “Azercell” tərəfindən 8228-dən 6 milyona yaxın abunəçisinə təhrikedici, həm də xahiş dolu nidalar basılmağa başlanır. 2729-a boş SMS göndər, Xəzər TV-ni izlə, Lexus, Prado markalı avtomobil, 1000 manat pul, LG televizoru və daha nələr sənin olsun…Və ya cəmi 1 SMS sənə Toyota Prado gətirə bilər! Və yaxud, son zamanlar yeni məzmunlu SMS-lər də göndərilir. Məzmunca bir-birini təkrarlayan SMS-lər təhrikedicidir. Cəmi 1 SMS-lə sən bu gün 1000 AZN qazana bilərsən! 2729-a SMS göndər, cavabı izlə! 5 qəpik. Elə ki, 5 qəpik dəyərində olan 1 SMS-i göndərirsən, 8228-dən gələn şirnikləndirici SMS-lərin gün ərzində oxucusu olursan. TOYOTA Corolla avtomobilini sənə arzulayırıq! Elə bil məxsusi seçilmişəm. Və yaxud, bu gün sənin 1 SMS-in TOYOTA-ya çevrilə bilər! Həyatını 1 SMS-lə dəyiş! Qazanmaq üçün şansını qaçırma! Cəmi 1 SMS sözü abunəçini şirnikləşdirən fikirdir. Yəni, abunəçi fikirləşir ki, 2-ci SMS-i göndərməyəcəm, 5 qəpiyə çox şey udub həyatımı dəyişəcəm. 5 qəpikdən başlanan torasalınma prosesi 15-20 manata qədər abunəçilərin balansından pullarını silir, ortada da heç nə olmur. Amma abunəçiyə mesaj göndərilsə ki, bu bir oyundur, bu günki uduş fondundakı məbləğ, hədiyyə, maşın və s. 10 nəfərə qismət olacaq. Bəlkə, sənin də qismətinə çıxdı. Onda abunəçi bilər ki, məsələ nə yerdədir, ona göndərilən mesajlarla ona hörmət edilmiş olur. Yoxsa, abunəçi hazırda o na göndərilən mesajlardan elə başa düşür ki, o məxsusi seçilib və Azercell ona Lexus və ya Prado qazandırmaq istəyir. Çünki, hamı azərbaycan dilinin dərinliklərini bilmir ki, göndərilən mesajları anlasın və aldadılmasın. Nədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmiləri bu kimi halları hələ də müşayiət edir? “Azercell”in tərəfini tutur, dolayısı yolla şirkəti müdafiə edir. Digər inkişaf etmiş ölkələrdə 10 milyon belə oyunlardan pul qazanılırsa, məbləğin ən azı 50%-i uduş fonduna qoyulmuş olur. Onda şirkətə maraq artır, vətəndaşlar belə oyunlarda maraqlı olur və davamlı mesajın göndərilməsinə bir o qədər də ehtiyac qalmır. Bizdə isə belə deyil, nazirlik Azercell şirkətinə danışıq tariflərinin aşağı salınması, abunəçilərə pulsuz dəqiqələr verilməsi kimi məsələləri davamlı şəkildə qaldırmır, ictimaiyyətə məlumat vermir. 1 dəqiqəsi 7 qəpiyə olan danışıq qiymətlərinin hansı ölkədə olduğunu, Azərbaycan Respublikasının vətəndaşlarının nədən müstəsnalıq təşkil edildiyini, şirkət nümayəndələrinə açıq bəyan etmir. Millət vəkillərinin də dilə gətirdiyi 8228-dən gələn SMS problemi hələ də qanunvericiliyə müvafiq maddələrin əlavəsi ilə tezləşdirilmir.
Doğurdan dəhşətdir! ölkəmizin inkişaf etdiyi bir zamanda “Azərcell” kimi şirkətin bu inkişafdan xəbəri olmaması və soyğunçuluğu davam etməsi bizləridə çaşdırdı.Bizdə digər vətəndaşlar kimi Sim nömrə işlədən vaxtlar da sözügedən və digər problemlərlə qarşılaşıb “Azərcell”nömrəsindən imtina etmişik. İnanın ki, hansısa nazirin qəbuluna düşmək asandır nəinki, “Azərcell”in operatoruna.
”Azərcell”-ə bağlı soyğunçuluq məsələlərinə yenidən qayıdacağıq.Sözü gedən məsələ diqqətimizdədir. Qarşı tərəfi dinləməyə hazırıq