Bu gün Hesablama Palatasının Kollegiya iclası keçirilib
Mia.az Palataya istinadən xəbər verir ki, iclasda aşağıdakı nəzarət tədbirləri üzrə Analitik Arayış və Auditor Hesabatları müzakirə olunub:
- "Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna daxilolmaların hesablanılması, ödənilməsi və xərclərdən istifadə” mövzusunda təhlilə dair;
- Dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinin auditinə dair;
- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və Şöbənin məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin icrasının auditinə dair;
- Dövlət büdcəsindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ayrılan vəsaitlərin istifadəsinin auditinə dair.
Məlumata görə, iclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub: "Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb".