Azərbaycan zərərli qidalanmadan ölüm sayına görə ilk 10-luqda


 
Almaniyanın Fridrix Şiller Universitetinin alimləri Avropa və MDB dövlətlərində qeyri-sağlam qidalanma səbəbindən ölüm səviyyəsinə görə araşdırmanın nəticəsi olaraq reytinq hazırlayıb.

BakuPost Medicina.az-a istinadən xəbər verir ki, zərərli qida və qidalanma üzrə erkən, vaxtsız və yüksək ölüm faizi daha çox keçmiş SSRİ, indiki MDB -ə daxil respublikalarda qeydə alınıb. 

Araşdırmalar 1990-2016-cı illəri əhatə edib. Reytinq cədvəlinin ilk 11 yerini MDB dövlətləri tutub. Birinci yerdə lider olaraq Özbəkistandır. Burda 100.000 nəfər əhaliyə 394 ölüm düşür. 

2-3-cü yerlərdə Türkmənistan və Qırğızıstandır. Ondan sonra Ukrayna, Moldova, Azərbaycan, Belorusiya, Qazaxıstan gəlir. 11-ci yerdə Rusiya durur. Burda hər 100.000 nəfərə 291 nəfərdir. 

Bir az normal və düzgün qidalanma şərtlərinə İspaniya, Fransa və İsrail əməl edir. Orda 100.000 nəfərə 46 insan pis və qeyri-düzgün qidalanma səbəbindən ölür. 

2016-cı ildə təkcə Avropada 2 milyon insan qidalanmada yüksək miqdar duz, şəkər olması səbəbindən müxtəlif xəstəliklərdən ölür. 

Alimlər bildirir ki, daha çox kişilər risk altındadır. 35 yaşından sonra kişilərin qeyri-sağlam qidalanmaması səbəbindən ürək-damar xəstəliklərinə tutulub, erkən ölümlə vəfat etməsi qadınlardan çoxdur. 

Ümumdünya Səhiyyə Təşkilatının illik statistikaları və araşdırmalarında da göstərmişdir ki, qidalanmada kifayət qədər zülal olmadıqda erkən ölüm riski artır. Ona görə ölkələr əhalinin qidalanmasına diqqət yetirməyi, əhalinin bol tərəvəz, meyvə və daha çox zülal tərkibli ərzaqlar daha çox yeməsini təmin etməlidir ki, diabet, insult, infarkt və mədə-bağırsaq şişlərindən ölüm faizi azalsın.

Azərbaycanın bu siyahıda ilk onluqda olması isə təəssüf ki, bizim üçün üzücüdür, lakin gözləniləndir. Bizim qidalanmağımız bizim ölümümüzə daha çox xidmət edir.
Tarix: 12-01-2019, 21:31
Xəbəri paylaş





Xəbər lenti