“Damarlarımızın uzunluğu niyə 160 min kilometrdir?” - İnsan bədəni haqda maraqlı FAKTLAR


Əsrlər boyu elmi tədqiqat və təcrübə mövzusu olan insan bədəni, həqiqətən düşündüyümüzdən daha güclü və mürəkkəbdir.

Vücudumuzun sirlərlə dolu bir sıra maraqlı xüsusiyyətlərinə nəzər salaq:

İnsan vücudu şimşək vurmasından xilas olmaq gücünə malikdir. Bunun vücudla heç bir əlaqəsi olmur. Xilas olanlar arasında müxtəlif yaşlı insanlar var.

Diş ağrısı ilə baş ağrısı bir-birinə bağlantılıdır. Bunun səbəbi isə çənədən beyinə gedən trigeminal sinirlərdir. Buna görə də çox zaman bu iki ağrı eyni zamanda baş verir.

İnsan beyni gecələr daha aktiv olur. İnsan yuxusu haqqında mərhələlər 1950-ci illərdə kəşf edilib. Məlumatlara görə, insan beyni yuxuda oyanıq olduğu zamandan daha çox işlək olur.

Bədəndəki qan damarlarının uzunluğu olduqca maraqlıdır. Əgər vücudumuzdakı qan damarları uc-uca birləşdirilsə, uşaqlarda 96 min, böyüklərdə isə 160 min km uzunluğunda olar.

ÐаÑÑинки по запÑоÑÑ damarlarımızın uzunluÄu

Qadınların qəlbi daha tez döyünür. Kanadalı elm adamlarının araşdırmalarına görə, qadınların ürəyi kişilərdən fərqli olaraq, 1.7-2 saat fərqlə irəlidədir. Bu da qadınların ürəklərinin bir dəqiqədə kişlərdən 10 dəfə artıq vurması deməkdir.

Qaraciyərin nə az, nə çox tam 500 funksiyası mövcuddur. Bir çox insanlar bu funksiyaların yalnız iki və ya üçü ilə tanışdır.

İnsan mədəsinin turşusu metal əritmə gücünə malikdir.

İnsan bədəni yaşlandıqca dad alma qabiliyyətini itirir. 60 yaşına çatan insanların bir çoxu dad alma qabiliyyətinin 40 faizini itirir.

ÐаÑÑинки по запÑоÑÑ nectarines

Bir insan ortalama həyatı boyunca iki hovuzu dolduracaq miqdarda tüpürcək ifraz edir.

Yer üzündəki hər bir insanın özünəməxsus qoxusu vardır. Yalnız əkizlər eyni qoxuya malik ola bilirlər.

İnsanın duyğularının hər birinin göz yaşı fərqlidir. Uzaqda eyni görünən göz yaşları mikroskop altında fərqli görüntülərdə olur.

Soğan doğrayarkən, gözünüzə bir şey düşdüyü zaman, xoşbəxt və ya qəmgin olduğunuz zaman gözdən gələn yaşların hər birisinin özünəməxsus quruluşu var.

Turan Oruc,
Musavat.com


Tarix: 13-01-2019, 16:49
Xəbəri paylaş





Xəbər lenti