Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"



Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"Sumqayıt şəhər 9 saylı tam orta məktəbin direktor müavini Təranə Nəsirova sözegedən məktəbin direktor əvəzi Həqiqət Abdullayeva barədə şəhər prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Nəsirova ərizədə Həqiqət Abdullayevanın onu ölüm həddinə çatdırdığını, şərəf və ləyaqətini tapdaladığını, təhqir etdiyini yazıb. Məsələ ilə bağlı direktor əvəzi H.Abdullayeva mediaya bildirib ki, bu barədə məlumat vermək istəmir:
“Mən o barədə heç nə danışmaq istəmirəm. Belə bir şey də yoxdur. Xanım ərizə yazıb, nə edibsə, gedin, onun özü ilə danışın. Mən bu barədə danışmaq istəmirəm. Bilmirəm, bu söz-söhbətlər hardan çıxıb”.
Sumqayıt Şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçisi Oqtay Nuriyevin sözlərinə görə, Nazirliyinin göstərişi əsasında məsələnin aydınlaşdırılması istiqamətində komissiya yaradılıb: “Hazırda Ərazi Maliyyə Hesablaşma Mərkəzi və Təhsil şöbəsi əməkdaşlarının iştirakı ilə komissiya yaradılıb. Yoxlama başladılıb. Yekun nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.
Bildirək ki, Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə direktor əvəzi olan Həqiqət Abdullayeva ilə onun müavini Təranə Nəsirova, müəllimələr Yeganə Hüseynova və Aytəkin Paşayeva arasında baş verən qarşıdurmaya Sumqayıt şəhər prokurorluğu da qarışıb. Məktəbdəki mənbədən Savash.org-a daxil olan məlumatda bildirilir ki, Həqiqət Abdullayevanın direktor əvəzi təyinatından sonra onun qanunla müəyyən edilməyən formada tələblərinə etiraz edən müəllimələr, xanım direktorun təzyiqləri ilə üzləşiblər. Hətta direktor əvəzi bir az irəli gedərək öz müavinini təhqir belə edib. Mənbə əlavə olaraq bildirdi ki, nazirliyin Daxili Nəzarət idarəsinin əməkdaşı Aqşin müəllimində iştirakı ilə bir müddət əvvəl Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə aparılan yoxlamalar zamanı Həqiqət Abdullayeva tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı nəticələr hələ də şəhər təhsil şöbəsində saxlanılır.Məlumata görə, edilən şikayətlər əsasında məktəbdə bir günlük yoxlama tədbirləri həyata keçirən nazirlyin Daxili Nəzarət idarəsnin əməkdaşları iddia edilən faktların demək olar ki, əksəriyyətinin bilavasitə şahidi olublar. Yuxarı sinif şagirdlərinin təhsil aldıqları sinifə daxil olan DNİ-nin əməkdaşları şagirdlərin doğrudan da sinifdə olmadıqlarını öz gözləri ilə gördülər. Müvafiq “razılaşma” əsasında yuxarı sinif şagirdlərinin bir neçəsinin mütəmadi olaraq dərs prosesində iştirak etmədiyinin, DNİ-nin əməkdaşları özləri də görüb, aktlaşdıriblar. Görəsən nədən nəticələr Təhsil nazirliyinə təqdim edilmir? Həqiqət Abdullayevanın qorunmasında məqsəd nədir? Nədən böyük bir kollektiv hələ direktor təyin edilməyən bir müəllimənin hikkələrinin əsirinə çevrilib?
Proseslə bağlı onu da xatırladaq ki, artıq üç şikayətçi xanımdan biri Yeganə Hüseynova şəhər prokurorluğuna təqdim etdiyi şikayət ərizəsini geri götürüb. Məktəbdəki mənbədən daxil olan məlumatda bildirilir ki, Yeganə Hüseynovanın ərizəsini geri götürməyinin əsas səbəbi onun Sumqayıt şəhər təhsil şöbəsində çalışan bacısı olub. Belə ki, şikayətçinin bascısına “Kimə istəyirsiniz şikayət edin, sonda hər şey yenidən Sumqayıta qayıdacaq.” – deyə xəbərdarlıq edilib. Qəribədir görəsən bu xəbərdarlığı edənlər Sumqayıtın da Azərbaycan qanunları ilə idarə olunduğundan xəbərsizdirlərmi? Görəsən şikayət Sumqayıta qayıdanda nə baş vrəcək? Və görəsən bu cür xəbərdarlığı edənlər məktəbdə rus dili fənnini tədris edən Vüqar Abdullayevin işə çıxmadan hər ay əmək haqqı kartına köçürülən dövlət büdcəsindən ayrılan vəsaitin hara və ya kimə çatması ilə bağlı məktəb rəhbərliyinə hər hansı sual veriblərmi?
Bildirək ki, bu sözügedən məktəb və direktorla bağlı ilk qalmaqal deyil. Buna qədər Sumqayıt şəhər 9 saylı tam orta məktəbdəki qanunsuzluqlar haqda mediada xeyli yazılıb. Lap bu günlərdə isə, Gənclər Şəhərinin bu qoca məktəbi başqa bir məsələ ilə bağlı gündəmə gəldi. 1958 ci ildən inşa edilmiş məktəbin sökülərək yenidən tikilməsi üçün Prezident İlham Əliyev 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılması haqda sərəncam verib. Bu isə direktor səlahiyyətlərini icra edən Həqiqət Abdullayeva və təsərrufat işləri üzrə direktor müavini Bəhram ismayılov üçün əməlli başlı "CEK POT” olub. Belə ki Savash.org mediada yer alan məlumatlara istinadən bildirir ki, 9 nömrəli məktəbin söküntüsü həmin cavabdeh şəxslərin gəlir mənbəyinə cevrildi. Məktəbdə satılması mümkün olan neçə neçə avadanlıqların satılması üçün müştəridə tapmaqda fərasətli tərpəniblər. Daxil olan məlumata görə məktəbin invertar siyahısında olan stol-stul, skaf, parketler, masalar seçilərək satışa gedə biləcəklər artıq lazım olan ünvana catdırılıb. Bundan xəbər tutan Sumqayıt Təhsil Şöbəsi yoxlamalara başlayıb. Məktəb rəhbərliyi guya həmən inventarları basqa məktəblərə veribmiş kimi vəziyyətdən çıxmaq istəyir.İş qaldi Sumqayıt Təhsil Şöbəsinin hansı formada yoxlama aparmasına. Ya dövlətin əmlakını mənimsəyənlərə göz yumacaq yada ki, lazımi cəzalarını alacaqlar.
Tarix: 14-01-2019, 07:21
Xəbəri paylaş





Xəbər lenti