Nazirlik xəstə heyvanları vətəndaşlara necə sırayır?
Özünüməşğulluq korrupsiyasından narazı bir qrup Yevlax sakini AzEuroNews.com -un redaksiyasına müraciət edib. İki uşaq atası Sərvər Mahmudov müraciətində qeyd edib ki, həyətyanı şəraiti olduğu üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzinin proqramına qoşulub. Bir ay kursa getdiyini deyən şikayətçinin biznes planında beş min manat dəyərində iki yanı balalı inək göstərilib: “Özünü ƏƏSMN-nin əməkdaşı kimi təqdim edənlər xəstə heyvanları TIR-lara doldurub gətirdilər. Heyvanların orta bazar qiyməti 700 manat olduğu halda bizə 2500 manata verəcəklərini söylədilər. Biz də heyvanları götürməkdən imtina etdik. Sonradan öyrəndik ki, bunlar mal bazarının fırıldaqçılarıdır. Onlardan çox yerə şikayət etdik. Lakin hələ də bizim şikayətimizə baxılmayıb”.