İstiot, düz və limon yalnız salatlara və yeməklərə vurmaq üçün ədviyyat deyil. Bu vasitələr tibdə də bir çox xəstəliklərin müalicəsində istifadə edilir.
İstiot, duz və limonla sağalması mümkün olan xəstəlikləri təqdim edirik:
1. Boğaz ağrısı
1 x/q limon şirəsi, yarım ç/q qara istiot və 1 ç/q dəniz duzunu 1 stəkan isti suda qarışdırın. Bu qarışım ilə gün ərzində bir neçə dəfə qarqara edərək boğaz ağrısından xilas ola bilərsiniz.
2. Stomatit
Ağız boşluğunda olan yaraları sağaltmaq üçün 1 x/q Himalay duzunu 1 fincan isti suda həll edin və hər yeməkdən sonra ağzınızı bu məhlulla qarqara edin.
Bu üsul ağızda olan zərərli bakteriyaları məhv edərək yaraların sağalmasını təmin edəcək.
3. Çəki atmaq
4/1 çay qaşığı qara istiotu 2 x/q limon şirəsi ilə qarışdırıb üzərinə 1 x/q bal əlavə edin. Alınan qarışımı gündə bir dəfə yeməkdən sonra qəbul edin.
Limonun tərkibində olan polifenollar çəki almağa mane olaraq insulinin həssaslığını artırır ki, bu da yağların yanmasını təmin edir.
4. Ürəkbulanma
Limon ürəkbulanmanı aradan qaldırır. Onu qara istiotla birlikdə qəbul etdikdə həm də mədə pozulmasını aradan qaldırmaq mümkündür.
1 x/q limon şirəsini və 1 ç/q qara istiotu 1 stəkan isti suda həll edin.
Özünüzü yaxşı hiss edənə qədər tədricən için.
5. Soyuqdəymə və qrip
Yarım limonu qabıqlı halda iri fincan qaynar suda 10 dəqiqə saxlayın.
Sonra limonu çıxararaq ora 1 ç/q bal əlavə edin. Qarışımı ehtiyac olduqda gün boyu için.\\Medicina.az