Donuz qripini adi qripdən, soyuqdəymədən necə fərqləndirək?


Gürcüstanda daha bir nəfər  H1N1 virusundan dünyasını dəyişib.  Bununla da qonşu ölkədə ölənlərin sayı 19 nəfərə çatıb. Hadisə Kutaisidə qeydə alınıb. Hamilə qadın keysəriyyə yolu ilə körpəsini dünyaya gətirsə də, həkimlər gənc ananı xilas edə bilməyiblər. Körpənin vəziyyəti isə qənaətbəxşdir. 

Bu cür məlumatlar bir daha Azərbaycan əhalisini də narahat edir. Gürcüstan qonşu ölkədir və oradan virusun ölkəmizə gəlməsi ehtimalı da yüksəkdir. Qış fəsli olduğundan Azərbaycanda da soyuqdəymə və qripdən əziyyət çəkənlərin sayı artıb. Artıq qripə yoluxan insan bunun donuz qripi  olması ehtimalından da narahat olur. Bəs görəsən, donuz qripi nədir və hansı əlamətləri daşıyır?

Bu, H1N1 adlı virus olub, özündə donuz - quş və insan qripinin viruslarını birləşdirir. Bu səbəbdən də bu qripə həm quşlar, həm donuzlar, həm də insanlar yoluxa bilər. H1N1 tipli qrip yüksək potogenli virusun törətdiyi kəskin tipli infeksion və tənəffüs yollarının iltihabı xəstəliyidir. Qrip A qrupuna aiddir. 

ÐаÑÑинки по запÑоÑÑ domuz gribi
Bu virus asanlıqla insandan insana hava yolu ilə keçir.  Donuz qripinin çox təhlükəli olduğu hamıya məlumdur.  

Donuz qripinin əlamətləri 39 dərəcədən yüksək olan hərarət, boğazda ağrı və öskürək, zökəm, baş və əzələ ağrıları, bəzən də qusma və ishal hallarıdır. Ancaq bu kimi hallar adi qripdə də müşahidə oluna bilər. O səbəbdən donuz qripindən şübhələnən şəxs mütləq həkimə müraciət edib , müvafiq analizlər  verməlidir. Yalnız analizin nəticəsinə uyğun olaraq, şəxsə donuz qripi diaqnozu qoyula bilər.

Mövzu ilə bağlı musavat.com-a danışan baş infeksionist  İbadulla Ağayev bildirdi ki, “donuz qripi”nin əlamətləri adi soyuqdəymə və qripin əlamətlərindən fərqli deyil: “İnsan qripində də, quş qripində də, donuz qripində də eyni əlamətlərdir. Azərbaycanda “donuz qripi” təhlükəsi yoxdur. Əgər kimsə şübhələnirsə, laboratoriyada analiz edilərək diaqnoz qoyula bilər. Kim narahatdırsa, boğazından yaxma götürülərək analz verilə bilər”.

ÃlkÉdÉ yayılan xÉstÉlik mübahisÉ doÄurdu: paraqrip, yoxsa...

İ.Ağayev tövsiyə edir ki, çox vacib səbəblər olmadıqca vətəndaşlarımız Gürcüstana səfər etməkdən çəkinsinlər: “Gürcüstanda azərbaycanlıların yaşadığı bölgələr var. Orada qohumu olanlar məcbur  qalıb səfər edə bilər. Bu halda isə gigiyenik tələblərə riayət etsinlər”.

ÐаÑÑинки по запÑоÑÑ domuz gribi

Mütəxəssislər tövsiyə edir ki, yüksək hərarəti, öskürəyi olan insanlarla təmasda olmayın, əllərinizi tez-tez sabunla yuyun, imkan olsa spirtlə silin, ictimai yerlərdə olduqda qoruyucu maskalardan istifadə etmək məsləhətdir. Sağlam həyat tərzi keçirtmək və normal yuxuya riayət etmək də immuniteti gücləndirməklə xəstəlikdən qorunmağa yardım edir.  Çoxlu vitamin qəbul etmək, fiziki aktivliyi artırmaq və xəstəliyin yayıldığı bölgələrə səfərləri təxirə salmaq da önəmli amildir.

Qeyd edək ki, donuz qripi ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə üç klinikada xüsusi palatalar ayrılıb.

Nərgiz LİFTİYEVA

Tarix: 22-01-2019, 21:42
Xəbəri paylaş





Xəbər lenti