Atatürk parkındakı ağaclar necə yoxa çıxır? – Nərimanovda “AĞAC SOYQIRIMI” (FOTO)



Paytaxtın Nərimanov rayonunda yerləşən Atatürk parkında ağaclar kəsilir.

Demokrat.Az ərazidə görülən son vəziyyətlə yaxından maraqlanıb.

Araşdırmalarımız zamanı məlum olub ki, parkda mövcud olan onlarla ağac “budanma” adı ilə tamamilə məhv edilib, ətrafdakı bir çox ağacların isə qol-budağı kəsilərək lüt hala salınıb.

Hazırda ərazidə 2 ədəd ekskavator və bir neçə ağır tonnajlı yük maşınları çalışır.

Parka yaxın ərazidə yaşayan sakinlər deyir ki, parkın iaşə obyektləri planlaşdırılan yerlərindəki ağaclar gecə saatlarında sakitcə aradan götürülüb.

“Gündüz vaxtları isə gördüyünüz hündür ağacların qol-budağını kəsirlər. Parkda harada obyektlər salınacaqsa, həmin yerlər şumlanıb. Əvvəllər orada ağaclar olub. Bu yaxınlarda həmin ağacları gecə ilə kökündən çıxarıb aparıblar”, – deyə sakinlər bildirir.

Çəkiliş apardığımız zaman ərazidə iş aparan qurumun nümayəndələri gözümüzə dəymədi. Ancaq həmin vaxtı ərazidə çalışan yük maşınının sürücüsü ilə söhbətimiz oldu.

O bildirdi ki, parkda Bakı şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən abadlıq-quruculuq işləri görüldüyü üçün ərazidəki qoca ağaclar budanır.

Məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticə verməyib.

Parkdakı son vəziyyəti əks etdirən fotoları təqdim edir:

Tarix: 25-01-2019, 17:42
Xəbəri paylaş





Xəbər lenti