Xərçəngin və bütün xəstəliklərin MİNİLLİK DƏRMANI - Tumu və yarpağı belə MÖCÜZƏDİR


Xərçəngin və bütün xəstəliklərin MİNİLLİK DƏRMANI - Tumu və yarpağı belə MÖCÜZƏDİR

Zeytun bir çox xalqların gündəlik rasionunda istifadə etdiyi ən faydalı və geniş yayılan qidalardan biridir.

Publika.az xəbər verir ki, zeytunun meyvəsi ilə yanaşı, tumu da insan orqanizmi üçün olduqca faydalıdır.

Yaşıl və qara olmaqla, iki çeşidi istifadə olunan zeytun kalsiumla zəngindir. Eyni zamanda, tərkibində bol miqdarda A, D, E və K vitaminləri var. Bu baxımdan, mütəxəssislər gün ərzində 5 ədəd zeytun yeməklə bədənin ehtiyacı olan dəmirin 55%-ni təmin etməyin mümkün olduğunu bildirir. Kosmetika və dərman sənayesində geniş istifadə olunan zeytun sarılıqdan xərçəngə qədər bir çox xəstəliklə mübarizədə faydalıdır.

Zeytunun ağacı 2000 il yaşaya bilir. Buna görə bu ağacın qabıqları və yarpaqları da olduqca faydalıdır. Zeytun meyvəsinin yetişməmiş halı yaşıl, günəş şüaları altında qaldıqca isə qara olur. Əsrlərdir ki, qadınlar həm gözəlllik, həm təravət, həm də sağlamlıq üçün zeytundan bolluca istifadə edirlər. Keçmiş zamanlarda - dərmanların və tibbi texnologiyanın inkişaf etmədiyi dövrlərdə insanlar enerjilərini təbiətdən alırdılar. Təbiətdə olan ən güclü antioksidant və enerji mənbəyindən biri də məhz zeytundur.

Gündə 5 ədəd zeytun yeməyin faydaları

- Beyində oksidativ stress səviyyəsini azaldır. Sinir hüceyrələrini qoruyur. Hafizənin güclənməsini təmin edir.

- Tərkibindəki dəmir sayəsində anemiyanın qarşısını alır. Xolsetrol səviyyəsinii azaldır və damar tıxanıqlığı, ürək xəstəlikləri problemlərinə qalib gəlir.

- Yeməkdən sonra əmələ gələn şişkinlik və qazın azalmasına yardımçı olur.

- İmmun sistemindəki sağlam hüceyrələrin sayını artırır, bədənin xərçəngli hüceyrələrə qarşı müqavimətini artırır.

- Trombosit hüceyrələrinin faizini balanslaşdırır, qanın durulmasının qarşısını alır.

- Antioksidant baxımından zəngin olan zeytun qaraciyərdə yağların yığılmasının qarşısını alır. Sadəcə dəriyə deyil, saçların da sağlamlığını təmin edir. Saç dərisində kəpək yaranmasının qarşısını alır.

- Yeməkdən əvvəl 5 ədəd zeytun yeməklə iştahın azalmasına yardımçı ola bilərsiniz. Tərkibində olan doymamış yağlar beyində doyma hissini oyandırır. Beləliklə, bədən doyduğunu hiss etdiyindən artıq qida qəbulu dayanır.

- Yaxşı ağrıkəsici olduğundan sümük və oynaq ağrılarının azalmasında kömək edir.

Zeytun yarpağının faydaları

Yarpaqları qurudularaq istifadə edilir. Adətən, çayı dəmlənir. Bundan başqa, yarpaqlarından hazırlanan su yeməklərə əlavə edilir. Qurudulmuş 10 zeytun yarpağını 2 su fincanına əlavə edərək çay kimi dəmləyib içə bilərsiniz. Yarpaqlarının antibakterial xüsusiyyəti var. Buna görə də dərinin təmizlənməsində istifadəsi mümkündür.

Gündə 3 ədəd zeytun tumu udmağın faydası

- Yeməkdən sonra mədədə yanma hissinin aradan qaldırılmasında köməkçi olur.

- Qəbzlik probleminin qarşısını alır. Zeytunun tumunu toz halına gətirib istifadə etmək daha təsirlidir.

- Həzm sisteminin sürətlənməsi də zeytun tumunun faydalarındandır. Xüsusilə, ağız, boğaz, qida borusu, mədə və bağırsaqların sağlam qalmasını təmin edə bilir.

Tarix: 29-01-2019, 08:53
Xəbəri paylaş





Xəbər lenti