Məşhur professordan qazlı içkilərlə bağlı qorxunc xəbərdarlıq: Spirt qədər zərərlidir!

 Daxili Xəstəliklər üzrə həkim Canan Karatay Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı çıxışda qazlı içkilərin 18 yaşına qədər uşaqlara qadağan olunmasını tələb edib.
NTV kanalının canlı yayımına çıxan məşhur professor hesab edir ki, şirin sular və qazlı içkilər ən az spirt qədər zərərlidir. Karatay çıxışında prezident Ərdoğan və Səhiyyə Naziri Fəxrəddin Kocaya müraciət edib.

"Paketə daxil olan heç bir hazır məhsulu yeməyin. Hazır məhsullar orqanizmdə bütün xəstəliklərin yaranmasına səbəb olur. Xüsusilə qarğıdalı siropu təzyiqi yüksəldir, 2-ci tip şəkər xəstəliyi riskini artırır. Spirtlə bağlı olmayan qaraciyər yağlanması başlayır. Böyrəklərdə sidikqovucu borucuqları məhv edir. Beyin damarlarını daraldır, bağırsaqlara kanserogen təsir göstərir və piylənməyə gətirib çıxarır".
Professor hesab edir ki, qazlı içkilər uşaqlar üçün spirtli içkidir:
"Qazlı içkilər uşaqlara 18 yaşına qədər qadağan edilməlidir. Eyni ilə alkoqol kimi. Əgər şəkərdən vaz keçə bilmirsinizsə, deməli, metabolizm yaxşı işləmir, bağırsaqlarda pozğunluq var. Bağırsaqlardakı düşmən bakteriyalar bunu istəyir. Odur ki, metabolizmin fəaliyyətini bərpa etmək lazımdır.
Dörd növ dadbilmə hissimiz var: Acı, şirin, duzlu və turş. Lakin şirniyyatlarda istifadə edilən qarğıdalı siropu ilə fruktoza dilimizdə beşinci dad duyğusunu inkişaf etdirib. Bu, yaponların apardığı araşdırmada məlum olub. 5-ci dad duyğusu digər 4-nü üstələyir. Bu səbəbdən də şirniyyat ehtiyacını tez-tez ödəməyə çalışırsınız.
Ərzaq sənayesində istifadə edilən fruktozanı insan orqanizmi enerji kimi istifadə edə bilmir. Həzm sisteminə daxil olduğu zaman zəhərli maddə olduğu üçün dərhal qaraciyərə göndərilir, beləliklə də yağlanma başlayır".
Karatay "Bəs şirniyyat asıllığından necə xilas ola bilərik" sualına belə cavab verib:
"Dildəki dörd hissiyyatı bərpa etməliyik. Kristal duz onları bərpa edən ideal vasitədir. Bu duzu su ilə qarışdırıb hər gün az-az için və ya səhər-axşam qarqara etmək olar. Yavaş-yavaş dilin dörd hissiyyatı bərpa olacaq.
İkincisi, şəkərdən uzaqlaşırıq. Şəkər qarğıdalı siropundan 7 qat daha çox təhlükəlidir. Atam şəkər xəstəsi olduğu üçün anam bizə uşaqlıqda şəkər verməzdi. Şirin qəhvə içmirəm. Acı qəhvə damaq dadıma daha uyğundur".
Karatay sonda qeyd edib ki, təbii zeytun və kərə yağı xəstəlikləri qarşısını alaraq bədən müqavimətini artırır. \\Publika.Az
Tarix: 3-02-2019, 07:12
Xəbəri paylaş





Xəbər lenti