"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) yollar rayon mərkəzindən onun ərazisinə qədər verilir. Daxili yollar isə rayonların və yerli bələdiyyələrnin balansındadır. Bizə həmin rayonlardan sifarişlər verilir".
Bunu açıqlamasında AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, dövlət investisiya proqramında nəzərdə tutulan bütün yollar bu il də ayrılmış vəsait hesabına təmir edilir, ilin sonuna qədər təhvil veriləcək: “O cümlədən, bu il Bakıda 361 km yolun təmiri nəzərdə tutulub".
Sədr ölkədəki avtomobil yollarının keyfiyyətinin aşağı olması barədə səslənən fikirlərə də münasibət bildirib: "Bizdə problemli yollar yoxdur. Yollar təmir edilib, ancaq müəyyən hissəsi sıradan çıxa bilər. Problemi ictimaiyyət özü bilmədən yaradır. Azərbaycan dövlətinin qayğısı ilə son dövrlərdə 17 min km-dən çox yol tikilib, təhvil verilib. Burda problem nədən yarana bilər?!"