Neqativ informasiyalardan necə qorunmalı?- Psixoloqdan izah
Son vaxtlar mediada, o cümlədən sosial şəbəkələrdə neqativ xəbərlər üstünlük təşkil edir. Koronavirusa yoluxanların sayının artması, cəbhədəki gərginlik, Türkiyədəki yanğınlar...Əlbəttə, təqdim edilən reallıqlardır. Olanları dəyişə bilmərik. Amma psixoloiyamızı belə mənfi yüklü informasiyalardan qoruya bilərik.
Psixoloq Ləman Səfərova “Sherg.az”a açıqlamasında bunun yollarını izah etdi:“Çoxumuzun gözü televiziya kanallarında, sosial şəbəkələrdədir. Bu, normaldır. Əlbəttə, gündəmdən xəbərdar olmaq istəyirik. Amma bəzilərimiz, az qala, başqa şey düşünə bilmirik. Neqativ yüklü informasiyaları oxuduqca onlardan ibarət oluruq, həmin məlumatlar bütün yaşamımıza təsir edir. Odur ki, bunu azaltmaq, günümüzün daha az hissəsini xəbərlərə ayırmaq lazımdır. Onsuz da olanları və olacaqları dəyişmək gücündə deyilik. Məlum hadisələrdən əvvəl hansı məşğuliyyətlər bizi sakitləşdirirdisə, yenə onlara qayıtmalı, vaxtımızı daha səmərəli keçirməyə çalışmalıyıq. İlk vaxtlar adaptasiya prosesi çətin olsa da, öyərəşəcəyik. Şübhəsiz ki, bu, sadəcə neqativ informasiyalardan təsirlənənlər üçündür. Heç bir emosiyaya qapılmayan adamlar da var”.
Tarix: 4-08-2021, 15:56