Sumqayıt bələdiyyəsinin fəaliyyətsizliyi: Asfaltsız qalan fiziki məhdudiyyətli insanların yolu - Video


bitmap-img6

Sumqayıt şəhəri “Corat bağları” yaşayış massivinin Göygöl küçəsində asfalt örtüyünün olmaması sakinlərin gediş-gəlişində problem yaradıb.

Sakinlər deyir ki, Sumqayıtın mərkəzindən təxminən 100 metr aralıda yerləşən bu küçəyə indiyə qədər bir dəfə də olsun asfalt örtüyü çəkilməyib. Ən acınacaqlısı isə odur ki, təxminən 200 metr uzunluğunda olan Göygöl küçəsində əlilliyi olan üç nəfər yaşayır və həm onlar, həm də valideynləri bu yolla gedib-gələrkən böyük çətinliklərlə üzləşirlər.

Onların sözlərinə görə, Sumqayıtın elə küçələri var ki, ildə bir neçə dəfə təmir edilib, asfalt örtüyü salınıb. Ancaq Göygöl küçəsi ilə bağlı icra hakimiyyətinə və digər aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, şikayətlərinə məhəl qoyan olmayıb.

Məsələ ilə bağlı Sumqayıt şəhər bələdiyyəsindən bildirildi ki, həmin ünvandan onlara heç bir müraciət daxil olmayıb. Ancaq bizim müraciətimizdən sonra Göygöl küçəsi abadlaşdırılması nəzərdə tutulan ərazilərin siyahısına daxil ediləcək. Küçə bələdiyyənin daxili imkanları çərçivəsində tezliklə təmir işləri aparılacaq.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:



Tarix: 12-08-2021, 23:30
Xəbəri paylaş





Xəbər lenti