“İnsana pensiya verdikdən sonra işləmək istəmir” – Azərbaycanda pensiya yaşı 75 olacaq?


“Qəbiristanlıqda müşahidə aparmışam. Deyək ki, 100 qəbir var. Onların əksəriyyəti 65 yaşına çatmayanların məzarlarıdır. Bu insanlar pensiya almadan vəfat ediblər. Ömrünü vətəninə, dövlətinə sərf edib, niyə nakam getməlidir?”
 
Pravda.az-ın xəbərinə görə, bunu deputat Razi Nurullayev deyib.
 
“Bu məsələni Agentliyin sədri ilə müzakirə etdim. Bildirdi ki, çarə tapmaq istəyirlər, amma bütün dünyada tendensiya pensiya yaşının artırılmasına gedir, Azərbaycan da bu yolu tutub. Ola bilər ki, pensiya yaşı 65-dən çox olsun. Dünyada qəbul olunan tendensiya belədir ki, pensiya yaşı 70 olmalıdır. Hətta bəzi ölkələr 75 yaş etməyi düşünür. Əsaslandırırlar ki, insana pensiya verdikdən sonra işləmək istəmir, gücdən düşür və ölür. İnsan işləyəndə sağlam qalar, daha çox pul qazanar. Azərbaycanda o məsələ də var ki, yaşı 65-dən yuxarı olanları işdən çıxarırlar” – R.Nurullayev qeyd edib.
Tarix: 22-08-2021, 00:20
Xəbəri paylaş





Xəbər lenti