Xətaidə insanlar gecə saatlarında küçəyə axışdı - SƏBƏB
Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 93/99 ünvanında – “Kvadratlar” adlanan ərazidə yaşıllıq sahəsi yenidən hasarlanıb.
Bu barədə Pravda.az-a yaxınlıqdakı binada yaşayan sakinlər məlumat veriblər.
Bildirilib ki, “Qismət” MTK ərazidə çoxmənzilli yaşayış binasının tikintisini planlaşdırır.
Buna etiraz olaraq sakinlər küçəyə axışıb, etiraz edirlər.
"Əraziyə polislər də gəlib. Bizə hasarı sökməyə icazə vermirlər. Tikinti qanunsuzdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər aidiyyatı dövlət qurumlarına müraciət etsək də, fayda yoxdur. Şirkət rəhbərliyi deyir ki, əlimizdə sənədlər var. Bir neçə dəfə etiraz etmişik, fasilə yaranır, sonra yenidən tikintiyə başlamağa cəhd edirlər" - sakinlər bildiriblər.