Meşələrin İnkişafi Xidməti rəisi nədən əlil işçini İŞDƏN QOVDU? - NARAZILIQ!
Masallıda batmış meşə əkinlərini ictimailəşdirən yüz minlərlə manat korrupsiyanın üstünü açan Masallı Regional Meşə idarəsinin kadastr üzrə mütəxəssisi Ağayev Kərəm Meşələrin İnkişafi Xidməti rəisi cənab Namik Xıdırovun rəsmi göstərişi ilə işindən azad edilibi. Bu gün qərar təsdiq edilib.
Bu barədə “Ecofront” məlumat yayıb. “Ecofront”un məlumatında deyilir ki, Ekologiya Nazirluyinin rəhbərliyi büdcənin pulunu dağıdıb şou göstərirməyi yığışdırın:
“Sizin bizə məlumat göndərən işçilərin çoxdur. Amma yalnız biri mərd kimi özü şəxsən etiraz edirdi. Və daha öncə bu adamı tanımamışıq. Mərdlik sizdə qıcıq yaradır. Sizə mərd işçilər yaraşmaz. Qoy elə gizli gizli məlumat versinlər. Çünki sizə belə layiqdir.
Ağayev Kərəmin işdən çıxarılması ilə bağlı onun hüquqlarının müdafiəsini və işsiz qaldığı müddətdə maddi təminatına köməyi öz üzərimizə götürürük. Xatırladım ki, Ağayev Kərəm ikinci qrup gözdən əllildir. Onun qanunsuz olaraq işdən qovulması qəbul edilməzdir.
Ağayev Kərəmin hüquqlarının müdafiəsinə kömək etmək istəyən vəkillər bizimlə əlaqə saxlasın.
Əllilk dərəcəsi də nəzərə alınmaqla Ağayev Kərəmin maaşı 529 azn, vergilər tutulduqdan sonra isə 465 azn olmuşdur. Ona maddi dəstək olmaq istəyən şəxslər bizimlə əlaqə saxlaya bilər.
Xatırladım ki, son illərin əkinlərindən 141 hektar rəsmi olaraq batmış əkin kimi qeydə alınıb. 138 hektar əkin isə batsa da örtülü meşə adı ilə saxtakarlıqla rəsmiləşdirilib. Digər yüzlərlə hektar aktiv əkin isə videodakı vəziyyətdədir. Yüz minlərlə büdcə vəsaiti israf edilib. Ortada isə yalnızca belə mənzərələr var”.