Qarajdakı 150-dən artıq maşın texniki baxışdan necə keçir ?Bu gün dünyada ən kəskin problem karonavirus pandemiyası ilə mübarizədir.
Azərbaycanda bu problemlə çox kəskin şəkildə üz-üzə qalıb.
Məlumdur ki, koronavirus, ümumiyyətlə, pandemiya dövründə ən çox yada düşən və ehtiyac olan sahə təcili tibbi yardım sahəsidir.
Bəli, bu gün minlərlə, on minlərə insan təcili tibbi yardımın ümidinə qalıb.
Ancaq çox təəssüf ki, paytaxtımızı əhatə edən Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyası bu işin öhdəsindən gələ bilmir.
Düzdür, xəstələrin və müraciət edənlərin sayı əvvəlki vaxrlardan dəfələrlə çoxdur. Ancaq bu əsas vermir ki, təcili yardım maşını 5-6 saat, hətta bəzən 10-15 saat, 1-2 gün geciksin. Bu doğrudan da faciədir.
Bu qurumun adında axı əbəs yerə TƏCİLİ sözü yazılmayıb. Xəstə öləndən sonra təcili yardım maşının gəlməsinin nə əhəmiyyəti var ?
Ümumiyyətlə, təcili yardım maşınlarının və tibbi personalın sayı ilə əhali sayı arasında bir uyğunluq var. Bizdə təcili yardım maşınlarının sayı normadan çox aşağıdır. Görəsən, dövlətin ayırdığı milyonlar hara sərf olunub ?
Yaxşı ki, cənab Prezident İlham Əliyev koronavirus pandemiyası başlayan kimi xeyli sayda yeni təcili yardım maşınlarının alınması üçün göstəriş verdi. Amma yenə də vəziyyət dözülməzdir.
Əlbəttə, bunun çeşidli səbəbləri var. Bu dözülməz şəraiti yaradanlardan biri də cənab Yaqub Məmmədovdur.
Söhbət Bakı Şəhər Təcili Tibbi Yardım avtobazasının müdiri Yaqub Məmmədovdan gedir.
Bəli, hələ dünyanın düz vaxtlarında bu adam avtobazanı özü üçün şəxsu bazaya çevirmişdi. Hətta bu məsələ Milli Məclisdə müzakirə olunub.
Bəli, təccüblənməyin, parlamentdə Yaqub Məmmədovun məsələsi müzakirə olunub. Hesablama Palatası avtobazada dövlət vəsaitlərinin talan olunması ilə bağlı məsələ qaldırmışdı. Yalandan baş mühasibə, anbar müdirinə töhmət verməklə canlarını qurtardılar. Yaqub Məmmədova isə gözün üstə qaşın var da deyən olmadı.
Ancaq bütün bu qanunsuz əməlləri, maxinasiyaları, artıq ştat vahidləri saxlayıb maaşlarını mənimsəməyi Yaqub Məmmədov eləmişdi.
Bəli, neçə illərdir ki, Yaqub Məmmədov qarajda çalışan işçilərin, sürücülərin adına əlavə maaşlar yazaraq mənimsəyir.
Qarajdakı maşınların təmirinə, ehtiyyat hissələrinin alınmasına ayrılan dövlət vəsaiti hara gedir, ay Yaqub Məmmədov ?
Ona görə də bu gün sınıq-salxaq təcili yardım maşınları mənzil başına gedib çata bilmir.
Hər dəfə avtobazada yoxlama olanda Yaqub Məmmədov qanunsuz mənimsədiyi pulları geri qaytarmalı olur.
Yuxarıda qeyd etdiyimiz kimi TTY maşınlarının çağırış yerinə vaxtında çata bilməməsində maşınların texniki nasazlığı da böyük rol oynayır.
TTY maşınlarının texniki baxışdan keçməsi də Yaqub Məmmədov üçün başağrısı yaradıb.
Hətta Yaqub Məmmədov “QAİ”-nin nasazlığa görə maşınları saxlamasına da etiraz edir.
Guya TTY maşınlarını heç kim saxlaya bilməz.
Yaqub Məmmədov qaraja məxsus əksər boksları kimlərəsə arendaya verib pul qazanır. Bokslar arendaya verildiyi üçün TTY maşınlarının texniki baxışına zaman qalmır.
Bundan başqa TTY maşınları üçün dövlət vəsaiti hesabına alınan detalalr, avtomobil hissələri satılır.
Yaqub Məmmədovun aldığı “kitayski zapçast”lar tez sıradan çıxır və dövlətdən əlavə vəsait tələb olunur. Hələ yanacaq və benzin məsələsi də Yaqubun “çox həssas” yeridir.
Qarajın balasında olan 150-dən artıq maşının heç biri texniki baxışdan keçmir, “görüm-baxım” yolu ilə yoluna qoyulur. Bəs maşınların texniki baxışdan keçməsi üçün nə qədər vəsait ayrılır?
Bu pullar hara gedir ?
Bir sözlə, TTY-nin avtomobil bazasının müdiri Yaqub Məmmədov karonavirusdan da təhlükəlidir.
gundelik baki.com
Tarix: 15-09-2021, 10:05