Gorus-Qafan yoluna alternativ çəkiləcək - 1 milyard dollar ayrıldı


Gorus-Qafan yoluna alternativ çəkiləcək - 1 milyard dollar ayrıldı
Ermənistan Şimal-Cənub layihəsi çərçivəsində Qacaran-Sisian yolunun inşasına 1 milyard dollar dəyərində yardım ayırmağı planlaşdırır.
 
Bu barədə iqtisadiyyat naziri Vaan Kerobyan söyləyib.
 
“Qafandan Gorusa köməkçi yol var amma o, yol pis vəziyyədədir. Həmin yol ən pis hallar üçün B planı rolunu oynayır. Hazırda həmin yolda hərəkəti bərpa etmək üçün çalışırıq”.
 
Kerobyan beynəlxalq kredit hesabına inşa olunacaq Qacaran-Sisian yolunun Şimal-Cənub dəhlizinin işə başlamasında əsaslı dəstək olacağını söyləyib.
 
Nazir İrandan gələn yük maşınlarının ölkəyə gəlməsində ciddi problemlərin olduğunu da əlavə edib.(Modern.az)

Tarix: 16-09-2021, 17:12
Xəbəri paylaş





Xəbər lenti