""Meliorasiya və Su Təsərrüfatı" ASC-nin gördüyü işlər ürəkaçan deyil” - Jalə Əliyeva


"“Meliorasiya və Su Təsərrüfatı" ASC-nin gördüyü işlər o dərəcədə də ürəkaçan deyil”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputat Jalə Əliyeva deyib.
Deputat ölkədə su sahəsində problemlərlə bağlı dinləmələrin keçirilməsini təklif edib: “Ölkədə bir çox yerlərdə kollektorlar təmizlənmir. Bu isə şoranlaşmaya səbəb olur. Aidiyyəti qurumların rəhbərlərinin Milli Məclisə dəvət edilməsi və dinləmə keçirilməsi vacibdir”.
Tarix: 30-09-2021, 14:35
Xəbəri paylaş





Xəbər lenti