Ekologiya Nazirliyi Stalinin əmri ilə salınan meşə zolağını da satır (FOTO)
Son günlər gündəmdən düşməyən Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində olan zəbtlər gün-gündən artmaqdadır.Sovetlər dönəmində, Stalinin göstərişi ilə Masallı ərazisində Bakı-Astara magistral yolunun hər iki tərəfində palıd ağaclarından zolağlar salınmışdır. İndi həmin zolağlar günü-gündən keçəlləşir. Keçəlləşdikdən sonra isə yerində tikililər salınır. Görəsən bu keçəlləşən zolağların bərbərləri kimlərdir?!
Bir ay olar ki, Masallı meşəbəyliyinin 20 saylı dolayının 12-ci kvartalının 6-cı bölməsində (Binə Xocavar kəndinin yanında olan ) meşə zolağında yol çəkilir. Sözügedən ərazidə yol çəkmək üçün lazım olan materiallar tökülüb. Eyni zamanda, digər bir başqa zəbt isə həmin dolayın 4-cü kvartalının 3-cü bölməsindədir. Orada da eyni qayda ilə artıq yol çəkmək üçün kərpic parçaları tökülüb. Bu görürənlərdən belə başa düşülür ki, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov tələbə yoldaşı olan Masallı RMTM-nin direktoru Adəm İsmiyev yaxşı “daydaylıq” edir və Adəm müəllimin gördüyü bu saxta işlər isə hamısı arxayınçılığdan irəli gəlir. (
metbuat.info)
Tarix: 1-10-2021, 21:05