Qaradağ rayonu Lökbatan qəsəbəsindəki iki küçədə yollar bərbad vəziyyətdədir.
Baku TV xəbər verir ki, qəsəbənin 6-cı massiv 8-ci küçəsində yollarda asfalt örtüyü yoxdur.
Şikayətçi Raqif Rəhimov deyir ki, oğlu birinci qrup əlildir. Bu səbəbdən tez-tez təcili yardımla əlaqə saxlamalı olurlar. Lakin yolların vəziyyəti təcili yardımın ünvana vaxtında çatmasına imkan vermir.
Sakinlər deyir ki, məsələ ilə bağlı dəfələrlə müvafiq qurumlara şikayətlərini bildirsələr də, əraziyə gəlib baxan yoxdur.
Növbəti ünvan isə qəsəbənin 1-ci massiv 1-ci küçəsidir. Burada yaşayan sakinlərin əsas şikayəti kanalizasiya xətlərindəndir.
Belə ki, 15 ildir bu ünvanda yaşayan Qurban Abdullayev, demək olar, hər gün Sukanal İdarəsi ilə əlaqə saxladığını deyir. Sakinlər deyirlər ki, qəsəbənin yalnız mərkəzi hissəsi nəzarət altında saxlanılır. Kənar küçələr isə baxımsız vəziyyətdədir. Yayda isə ümumiyyətlə bu yollar keçilməz olur, bit-birə və üfunət qoxusundan dayanmaq olmur.
Ətraflı Baku TV-nin süjetində: