Narazı qaziyə əlillik təyin edildi - RƏSMİ


Sosial şəbəkələrdə səhhəti ilə bağlı şikayəti yayılan Cəlilabad rayonu sakini, Vətən müharibəsi qazisi Ağayev Fariz Hidayət oğlunun müalicəsi başlayıb.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bu barədə qazininözü məlumat verib. 
O bildirib ki, dövlət hesabına müalicələri davam etdirilir:
“Ötən aydan mənə 3-cü dərəcə əlillik təyinatı da təyin edilib”. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, Vətən müharibəsi qazisi, Cəlilabad rayon sakini Ağayev Fariz Hidayət oğluna bir müddət əvvəl ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub:
“Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyin həkim-ekspertləri onu evində müayinə edib və əlilliyinin qiymətləndirilməsi üçün sənədləşmə prosesinə dəstək göstəriblər. Bundan sonra aidiyyəti qurumlar tərəfindən həmin qazimizlə bağlı şəhadətnamə və göndəriş e-sistemə daxil edilib.
Agentlik tərəfindən bu sənədlər əsasında və əyani müayinə aparılmaqla, Fariz Ağayevin əlilliyi qiymətləndirilib və ona 3-cü dərəcə əlillik təyinatı aparılıb. Bununla əlaqədar ona müvafiq sosial ödənişlər də təyin olunub”.
Qeyd edək ki, bir müddət əvvəl qazi sosial şəbəkədə səhhətindəki problemlə bağlı şikayət yaymışdı. O bildirmişdi ki, sağalıb, ailəsinə baxmaq istəyir.
Tarix: 30-10-2021, 11:03
Xəbəri paylaş





Xəbər lenti