Deputat: “İndiki sosial paketi saxlamaqla “uşaqpulu” versək, büdcə dözməyəcək”
“Uşaqpulu”nun verilməsi üçün ən azı 2.5, 3 milyard manat lazımdır. Dövlət büdcəsi 26-27 milyard civarındadır. Yüz minlərlə insana sosial dəstək göstərilir. Həm “uşaqpulu” verməyə, həm də sosial paketi saxlamağa büdcə dözməz”. Pravda.az-ın xəbərinə görə, bunu deputat Rüfət Quliyev bildirib.
R.Quliyev qeyd edib ki, 52-53 milyard dollar valyuta ehtiyatımız var: “Təsəvvür edin, onu yedik, sonra nə olacaq”.
Deputat deyib ki, insanlar işləmək istəmirlər, sanki torpaqdan soyuyublar: “Bu, bütün dünyada belədir...”
Tarix: 4-11-2021, 22:04