Köçkünlərə verilən çörəkpulu kəsiləcək?


Məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə növbəti ilin dövlət büdcəsində 367,4 milyon manat vəsait proqnozlaşdırılıb. Bu da 2021-ci illə müqayisədə 2,9 milyon manat və 0,8 faiz çoxdur.

Bu “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin layihəsi”ndə öz əksini tapıb.

Layihəyə əsasən, gələn il məcburi köçkün statusu olan və onlara bərabər tutulan şəxslərə vahid aylıq müavinətin verilməsi davam etdiriləcək.

Belə ki, təxmini sayı 500 min nəfərə yaxın olan həmin şəxslərə 60 manat olmaqla vahid aylıq müavinətin verilməsi üçün 2022-ci il dövlət büdcəsində 340 milyon manat proqnozlaşdırılıb. Digər tədbirlər üçün isə 4,8 milyon manat vəsait nəzərdə tutulub. /yenisabah.az
Tarix: 5-11-2021, 20:13
Xəbəri paylaş





Xəbər lenti