"Bakı Nəqliyyat Agentliyinin cərimələrinin həddi-hesabı yoxdur" - Deputat



“Bir sıra məsələlərdə vətəndaşın vəziyyəti nəzərə alınaraq, addımlar atılmalıdır”.
 
Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat, Böyük Quruluş partiyasının başqanı Fazil Mustafa deyib.
 
O bildirib ki, rüsumlar və cərimələrin miqdarı kəskin formada artmaqdadır: “Artıq bütün vətəndaşların cəriməsi var. Bakı Nəqliyyat Agentliyinin cərimələrinin həddi-hesabı yoxdur. Bu, yol infrastrukturunun düzgün qurulmasının problemidir, cəriməsini isə vətəndaş ödəyir”.
 
F. Mustafa deyib ki binaların istiliklə təchizatı da bərbad vəziyyətdədir: “Köhnə binaların zirzəmiləri qrunt suları ilə dolub aşır, onu təmizləmirlər. Müddəti bitmiş proqramlara dövlət büdcəsindən vəsait ayrılmamalıdır. Müddət qurtarıbsa, həmin layihələr maliyyələşmədən məhrum edilməlidir”.
Tarix: 10-11-2021, 16:50
Xəbəri paylaş





Xəbər lenti