Binəqədi RETSİ-nin rəisi SİRRİ AÇDI: "Azərişıq" Babaya kalan arendapulu ödəyir..!"
"Azərişıq"la "Azərenerji" rəhbəri Balababa Rzayev arasında "gizli" icarə müqavilələrinin olduğu, Baba Rzayevin əvvəllər sədr olduğu qurumdan hər ay küllü miqdarda arenda xərcləri aldığı üzə çıxıb.
"Demokratik.Az"-ın əldə etdiyi məlumata görə, Baba müəllim illər əvvəl öz yaxınlarının adına aldığı mülkləri sözügedən qurumun Bakı şəhəri üzrə bir sıra rayonlarının Enerji Təchizatı və Satışı İdarələrinin ixtiyarına verərək sədri vəzifəsini icra etdiyi dönəmdən bəri "Azərişıq"ın rəsmi icarə müqavilələri əsasında küllü miqdarda qazancına özü sahib olub.
Bugünlərdə Binəqədi RETSİ-nin rəisi Teymur Tağızadənin iclaslarının birində səsləndirdiyi fikrin kollektiv arasında sürətlə yayılmasından sonra "Azərişıq" ASC-nin hələ də Babaya icarəhaqqı ödədiyi, qurumun RETSİ-lərinin nədənsə hələ də şəxsi mülklərdə fəaliyyət göstərməsi faktı müzakirə predmeti olub.
Teymur Tağızadənin: "Azərişıq" Babaya hələ də kalan arendapulu ödəyir. Elə bizim idarədən ildə 100 mindən çox arenda alır. Bunun da qabağında nə deyirlər edirik.." - deməsi əslində düşündürücüdür, eləcə də təhlükəlidir.
Təsəvvür edirsinizmi, strateji bir qurumun müstəqil fəaliyyəti iri bir dövlət məmurunun hansısa kaprizi və istəyilə asanlıqla sabotaj oluna bilər. Bəlkə də elə sabotaj olunur! Sabah Babarza birtərəfli qaydada icarə müqaviləsini pozmağa və ya kirayəhaqqını artırmağa girişsə, qurumu öz mülkündən qovmağa çalışsa sizcə nə baş verər? Və ya Adil Məmmədov küçəsi 10 ünvanında (9-cu mikrorayonda) yeni MTK-nın I mərkəbəsinin sənəddəki sahibinin hansısa qanundankənar tələb və xahişlərinin Binəqədi RETSİ-də icra edilmədiyinə artıq necə inanaq?
Ortada ciddi korrupsiya halının olduğu gün kimi aydındır. "Azərişıq" ASC-nin yeni və arendapulu yeyən əvvəlki rəhbəri bu suala cavab verməlidir. Təkcə Binəqədi RETSİ-nin son 10 ildə arendaya ödədiyi vəsaitin milyona vardığının fərqində deyillərmi? Axı, bunca vəsaitə qurum üçün azı iki müasir bina tikmək olardı. Niyə pul qamarlamaq, etimada dönük çıxmaq, gəlirləri havaya sovurub hökumətdən datasiya-pul dilənmək bu qədər vacib haldır?
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov cavab versin! - Rəhbərlik etdiyi qurum onsuz da zərərlə işləyir, ASC-nin gəlirini arenda xərcləri ilə beləcə havaya sovurmağın adı nəhəng korrupsiya halı deyil də, bəs nədir? Olmaya, Vüqar Əhmədov da Baba müəllimin tilsim-cadusunun təsirindən ayıla bilmir?!...
(mövzu diqqətimizdədir)
Demokratik.Az
Tarix: 13-11-2021, 10:34